Möminlərin əsl yurdu cənnət

Möminlərin əsl yurdu cənnət
  • Möminlərin əsl yurdu cənnət

    Bu sayt hörmətli Adnan Oktarın "Möminlərin əsl yurdu cənnət" adlı kitabından istifadə edilərək hazırlanılmışdır.

    Həyatda ən çox nəyi istəyirsiniz? Yaxşı bir ev, gözəl paltarlar, zənginlik, bolluq, dəbdəbə... Yaxşı, sizə istədiyiniz hər şeyin həmin anda və əbədiyyətə qədər təmin ediləcəyi bir məkanın mövcud olması xəbər verilsə, bunu necə qəbul edərdiniz?

  • Möminlərin əsl yurdu cənnət

    • Nemət və səfahət
      Saytda Qurani-kərimdə tərif edilən cənnəti təhlil edib araşdıracaq, ayələrdəki təsvirlərdən istifadə edərək bu möhtəşəm məkanı qavraya bildiyimiz şəkildə göz önündə canlandırmağa çalışacağıq.

    • Bu dünyadakı həyat həqiqi həyat deyil
      Bir çox insan dünyada qüsursuz və mükəmməl bir həyatın qurula biləcəyinə inanır. Vacib maddi imkanların əldə ediləcəyi təqdirdə, bu dünyadakı həyatın insanı tamamilə təmin ...

    • Cənnət əhlinin bu dünyadakı vəziyyəti
      Qurani-kərimdə iman gətirənlər sonsuz mükafat və sonsuz səadətlə müjdələnmişdir. Ancaq diqqətdən yayınan önəmli bir məqam vardır. Bu da sonsuz zaman içərisində ...

    • İman gətirənlər cənnətlə müjdələnir
      Əvvəlki bölümdə Allah`a könüldən təslim olmuş ixlaslı möminlərin cənnətə daxil olmazdan əvvəl bu dünyada Allah`ın nemət və gözəlliklərinə qovuşmasından bəhs etmişdik.

    • Allahın vədi
      Allah mömin olaraq hüzuruna gələcək bəndələrin əbədi olaraq qalacaqları yerin cənnət olacağını vəd etmişdir. Allahın vədi isə şübhəsiz ki, dəyişməzdir.

    • Cənnəti daha artıq dərəcədə umanlar: Allahın firqəsi
      Allahın cənnət vəd etdiyi və müjdələdiyi möminlərin xüsusiyyətləri ayələrdə belə bildirilmişdir.

    • Axirətə gözəl keçid - gözəl ölüm
      Bura qədər saleh möminlərin dünyada gözəl bir həyatla yaşadıqlarını, qorxuya və kədərə düşmədiklərini, sağlam və xoşbəxt ruha sahib olduqlarını gördük.

    • Asan hesab
      Əvvəlki bölümdə iman gətirənlərin canlarının mələklər tərəfindən gözəlliklə alınacağından bəhs etdik. Bundan sonra hesab anı, yəni insanların ...

    • Cənnətdəki təbii gözəlliklər
      Təbii gözəlliklər və yaşıllıqlar cənnətin mükəmməl nemətlərindəndir. Cənnətdəki taxt və kölgəliklərin bağların içində, bulaqların başında qurulması ayrı bir gözəllikdir.

    • Sonsuz ləzzət
      Ayələrdə cənnət əhlinin ən gözəl yeməklərlə və müxtəlif içkilərlə nemətləndirildiyi bildirilir. İnsan cənnətdə dünyadakı acizliklərdən təmizləndiyi üçün ...

    • Cənnətdə möminlərin yaşadığı yerlər
      Möminlərin dünya həyatlarını yaşadığı evlər əvvəlki səhifələrdə bildirdiyimiz kimi, Allah öz adının zikr edilməsinə izn verdiyi evlərdir (“Nur” surəsi, 36) və yenə Allah`ın əmri ...

    • Cənnətdəkilərin zövcələri
      Cənnət sonsuz həyatın davam edəcəyi, Allah`ın iman etmiş saleh qullarına mükafat olaraq hazırlanmış möhtəşəm məkandır.

    • Təxəyyül gücündən kənar cənnət
      Qurani-kərimdə tərif, təsvir və bənzətmələr, cənnət nemətlərinin dünyadakılarına bənzəməsindən (“Bəqərə” surəsi, 25) bəhs edən ...

    • Bütün nemətlərin ən üstünü: Allahın razılığı
      Əvvəlki səhifələrdə cənnətdə olan nemətlərin gözqamaşdırıcı olduğunu birlikdə incələdik. Ortaya çıxan mənzərə cənnətin ...

    • Cənnətdəkilərin öz aralarında söhbətləri
      Allah`ın cənnətinə, üstün bir məqama çatdırdığı möminlərin buradakı söhbətləri Qurani-kərimdə hissə-hissə anladılmışdır. Bu söhbətlər dünya həyatında möminlərə ...

    • Cənnət haqqında bəzi batil düşüncələr
      Cənnəti tərif və təsvir edən ayələrin hamısı 14 əsr öncə olduğu kimi, bu gün də Qurani-kərimi oxuyan insanda eyni gözəllik, zənginlik, bolluq, sevinc və xoşbəxtlik hissləri oyandırır.

  • Haqqımızda

    Design Studio 313

    Quran əxlaqının bütün insanlar arasında yayılması üçün səy göstərmək iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah Quranın "Sizdən; xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtulacaq olanlar bunlardır." (Ali-İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir. Bir başqa ayədə isə Allah bütün inananlara "…Artıq xeyirlərdə yarışın. Hamınızın dönüşü Allahadır…" (Maidə surəsi, 48) şəklində buyurmuşdur. Bu səbəblə hər insan əlindəki imkanlar ölçüsündə hər kəsi xeyirə çağırmağa, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmağa çalışmalıdır.

    Davamı

    Bizimlə əlaqə

    313 Veb Dizayn Studiyası Harun Yəhya saytlarını Azərbaycan dilinə tərcümə edərək yeni saytlar açmağa davam edir. Beləcə qısa müddətdə Allahın icazəsi ilə bütün saytları Azərbaycan dilində hazırlayıb Azərbaycan dilindəki resursları artırmağı düşünürük.

    Bizimlə əlaqə yaratmaq üçün aşağıda göztərilmiş "Əlaqə" düyməsindən istifadə edə bilərsiz.

    Əlaqə
  • Nemət və səfahət

    Saytın sonrakı bölümlərində Qurani-kərimdə tərif edilən cənnəti təhlil edib araşdıracaq, ayələrdəki təsvirlərdən istifadə edərək bu möhtəşəm məkanı qavraya bildiyimiz şəkildə göz önündə canlandırmağa çalışacağıq. Ancaq bundan əvvəl, haqqında danışılması gərəkən bəzi önəmli məqamlar var. Cənnət mövzusundakı bəzi yanlış inanclar bir çox insanın ağlında, yaxud təhtəlşüurunda onların bu məsələyə düzgün yanaşmasının qarşısını alan əngəl funksiyasını yerinə yetirir. Bu əngəllərin təsiri səbəbi ilə əsl mahiyyətindən uzaqlaşdırılmış bəzi fundamental islami anlayışları Qurani-kərimə istinadən yenidən tərif etmək gərəkdir. Burada bu məqsədlə atılması lazım gələn ilk addım “nemət” və “səfahət” anlayışlarını bir-birindən fərqləndirib ayırd etməkdir. İrəlidəki səhifələrdə Qurani-kərimdə tərif edilən cənnətin son dərəcə gözəl və möhtəşəm bir məkan olduğunu görəcək, orada yaşanan həyatın ən rahat, ən cəlbedici, ən rifahlı həyat olmasına şahid olacağıq. Halbuki, bu gün bəzi insanların gözündə belə bir həyat heç də islami bir həyat deyil. Hətta əksinə, bu cür həyat tərzinin Allah`dan və din əxlaqından uzaqlaşmağın təbii nəticəsi olduğunu düşünürlər.


    Cəmiyyətdə hakim olan bu yanlış anlayış səbəbi ilə bir çox insanlar komfortlu, gözəl, cəlbedici həyatı və bu həyatın ünsürlərini İslama uyğun saymır. Bunlar, məsələn, keyfiyyətli geyimlər, zəngin və cəlbedici süfrələr, əyləncələr, möhtəşəm və yaraşıqlı evlər, dəyərli sənət əsərləri və s. dindən ayrılmış qafil insanlara aid şeylər kimi qiymətləndirilir. Bunlarla dolu həyat başdan-ayağa səfahət kimi təqdim edilir və belə şəraitdə yaşayan insanlar alçaldılaraq səfahət içində yaşayan azğın insanlar adlandırılır. “Səfahət” ərəb dilində “səfih” kəlməsindən alınıb. Bu kəlmə bir tərcüməyə görə, sərvət, var-dövlət və rifah içində məsuliyyət duymadan yaşamaqdan irəli gələn azğınlıq mənasını verir.


    Ayırd edilməsi lazım gələn  bir yanlışlıq da elə bu məqamda ortaya çıxır. Allah`ın bəndələri üçün seçib bəyəndiyi cənnət həyatı özündə hər cür rahatlığı, cazibədarlığı cəmləməklə bərabər, həqiqi din əxlaqına tam uyğun gələn ən gözəl həyat tərzidir. Yanlış idraka yol açan səbəb səfahətin izah edilməsindəki yanlışlıqdır. Səfahət, yəni Allah`a üsyan edərkən azğınlıq etmək insanın zehnində gerçəkləşir. Kəlmənin mənası ilə maddi həyat arasında heç bir əlaqə yoxdur. Başqa sözlə, bəzi insanları səfihə çevirən xüsusiyyət onların içində yaşadıqları zəngin, cəlbedici məkanlar deyil. Problem, əslində, geyimdə, əzəmətli evlərdə, estetik məkanlarda, qısası, maddi zənginlikdə deyil, insanların zehnindədir.


    Bu vəziyyətdən doğan nəticə budur: bir insan əgər Qurani-kərim əxlaqına və güclü bir imana sahibdirsə, o, son dərəcə böyük bir zənginlik və sərvət içində ola bilər, amma bu, onu əsla səfih etməz. Əksinə, qarşılaşdığı hər şeyi Qurani-kərim əxlaqı ilə və Qurani-kərim qissələri həqiqətində dəyərləndirdiyi üçün ətrafındakı gözəllikləri nemət kimi görəcəkdir. Bir şeyin nemət olaraq görülməsi isə o deməkdir ki, siz onun Allah tərəfindən verildiyinin fərqində olmalısınız. Dolayısilə, bir müsəlman ətrafındakı zənginlikləri, gözəllikləri, dəbdəbəni və əzəməti Allah`ın verdiyini bilərsə, bunun təbii nəticəsi olaraq əvəzində Rəbbimizə şükür edəcək.


    Bu əsas məntiqi müasir cəmiyyətlərlə tutuşdursaq, deməliyik ki, bu gün Allah`ın hökmlərindən üz çevirərək səfih həyat yaşayan bəzi insanlar əllərindəki imkanları bir nemət olaraq görmədikləri üçün yollarını azmış vəziyyətdədirlər. Əgər onlar bunu nemət olaraq görsəydilər, bu, onların Allah`a şükür etməsinə səbəb olardı. O zaman bu nemətlərdən istifadə etdikdə Allah`ın göstərdiyi yolu əsas tutar, yəni İsrafdan qaçaraq bu imkanlardan Allah rizasına uyğun şəkildə faydalanardılar.


    Bununla da qarşımıza iki müxtəlif zənginlik forması çıxır. Bir qisim zənginlər möminlərdir ki, onlar əllərindəki imkanları nemət olaraq görürlər. O biri qisim zənginlər isə fasiqlərdir ki, onlar əllərindəki imkanları özününkü hesab edər, Allah`ı unudar və səfahətə düşərlər. Allah`ın bütün mömin bəndələri üçün tövsiyə etdiyi zənginlik, dediyimiz zənginliyin birinci formasıdır. Ancaq zənginlik də, yoxsulluq da möminlər üçün dünya həyatında bir sınaqdır. Möminlər imtahan olaraq bu dünyada yoxsulluqla da sınağa çəkilir. Allah Qurani-kərimdə: “Biz o yerdə zəif düşüb əzilənlərə bol nemət vermək, onları rəhbər etmək və varislər etmək istəyirik” (“Qəsəs” surəsi, 5) - şəklində buyurur. Allah`ın bu vədi dünyada da gerçəkləşə bilər, ancaq axirətdə mütləq həyata keçəcəkdir.


    Deməli, bütün bunlardan ötrü bəzi müsəlmanların möhtəşəm, rahat, zəngin bir həyatı günah sayaraq və ondan çəkinərək hərəkət etməsi son dərəcə yanlış addımdır. Çünki dünyadakı gözəl geyimlər, ləziz təamlar, möhtəşəm evlər, sənət əsərləri və s. zatən möminlər üçün yaradılmışdır. Allah “Əraf” surəsində bu gerçəkliyi iman gətirənlərə bu şəkildə bildirir:


    “De ki, Allah`ın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De ki: “Bunlar dünyada iman gətirənlər üçündür. Qiyamət günündə axirətdə isə yalnız möminlərə məxsusdur”
    (“Əraf” surəsi, 32).


    Qurani-kərimdə iman gətirənlərə misal olaraq hz. Süleymanın zənginliyi göstərilir. Allah hz. Süleymana çox böyük mülk vermişdi. Qurani-kərimdə hz. Süleymanın sarayındakı möhtəşəm və gözəl sənət əsərləri tərif edilir (“Səbə” surəsi, 12-13; “Nəml” surəsi, 44). Ancaq ən vacib olan məsələ hz. Süleymanın bütün bu mal-mülk, dəbdəbə və əzəmət içində həmişə Allah`a şükür etməsi və bütün bunların Rəbbimizdən gələn lütflər olduğunu bilməsidir. Qurani-kərimdə hz. Süleymanın: “Mən bu atları Rəbbimin zikrindən dolayı sevirəm...” (“Sad” surəsi, 32) - şəklindəki sözü xəbər verilərkən bu dərin anlayışa diqqət çəkilmişdir.


    Hz. Süleymanın həyatını təsvir və nəql edən qissələr bizə göstərir ki, mal sevgisi anlayışı, yəni zənginliyə və zənginliyin hər çeşidinə qarşı istək duymaq Allah`ı zikr etməyə vəsilə olduğu üçün caizdir, yəni məqbuldur. Bu cür mal sevgisinə malik olan mömin o malı Allah`ın göstərdiyi yolda paylamaqdan çəkinməz, çünki mal bir nemətdir və sahibi də Allah`dır. Dolayısilə, Allah Qurani-kərimdə necə əmr etmişsə, onun verdiyi bütün mal-dövlət də o şəkildə istifadə olunacaqdır.


    Ancaq əgər mal nemət olaraq görülməsə, o zaman səfahət başlar. Fasiqlərə aid olan bu zənginlik anlayışına dair Qurani-kərimin bir çox ayəsində misallar var: “Bu, mənə yalnız məndə olan elm sayəsində verilmişdir... (“Qəsəs” surəsi, 78) - deyən və qürrələnib sevincə qapılan (“Qəsəs” surəsi, 78) o dövrün zənginlərindən olan Qarun bu yanlış düşüncəyə malik olan bir nümunədir. Qarunda olan mal-dövlət sevgisi kimi bir sevgi insanı Allah`a yaxınlaşdırmaz, əksinə, Onun yolundan azdırar. Qurani-kərimdə insanı Allah`a imandan və elçilərin bildirdiyi həqiqətlərdən uzaqlaşdıran mal sevgisindən bu şəkildə bəhs edilir:


    “İnsan öz Rəbbinə qarşı çox nankordur və özü də buna şahiddir. Həqiqətən, insan var-dövlətə çox hərisdir”
    (“Adiyat” surəsi, 6-8).


    Elə bu səbəblə də müsəlmanların zənginliyə münasibəti Qurani-kərimdə bildirilən bu ölçülər çərçivəsində olmalıdır. Müsəlman Allah rizası üçün və Allah`ın dininə xidmət etmək üçün var-dövlət qazanmağa çalışmalı, özündə Allah`ın yaratdığı bütün nemətlərə qarşı istək duymalıdır. Çünki dünya həyatındakı nemətlər Allah`ın rizası üçün yaşayan səmimi və ixlaslı qullar üçün yaradılmışdır. İman gətirənlərin vəzifəsi bütün nemətlərə qarşı davamlı şükür etmək, Qurani-kərimdə “Nə gözəl bəndə idi o; çünki o, daim Allah`a sığınan bir kimsə idi” (“Sad” surəsi, 30) ifadəsi ilə tərif edilən hz. Süleymandan ibrət götürməkdir.


    Bir insan Qurani-kərim əxlaqını həqiqi mənası ilə yaşayıb yuxarıda tərif edilən düşüncə tərzinə yiyələnərsə, cənnətə getməyə layiq və oranın əhli olmuş olar. Cənnətin ən vacib xüsusiyyətlərindən biri sonsuz  əzəmətə, gözqamaşdırıcı zənginliyə, estetik gözəlliyə sahib olmasıdır. Mömin bu gözəlliklərin içində “Sad” surəsində xəbər verildiyi kimi: “...Dedi mən bu atları Rəbbimin zikrindən dolayı sevirəm...” (“Sad” surəsi, 32) - deyən hz. Süleyman kimi düşünəcək və hiss edəcək bir insandır.

     

    Mömin əsl yurdu olan cənnətdə belə bir düşüncə içində olacağına görə, axirətə  hazırlıqdan başqa bir şey olmayan dünyada bu mənanı anlamağa çalışmağa borcludur. Zənginliyi, estetik gözəlliyi, cah-calalı səfahət olaraq görənlərin əksinə, hər nemətin Rəbbimizdən gələn lütf olduğunu bilib dəyər verməli, bunlardan zövq alıb şükür etməyi öyrənməlidir. Növbəti səhifələrdə açıqlayacağımız cənnət nemətləri elə bu baxış çərçivəsində açıqlanmalıdır.

  • Bu dünyadakı həyat həqiqi həyat deyil

    Bir çox insan dünyada qüsursuz və mükəmməl bir həyatın qurula biləcəyinə inanır. Vacib maddi imkanların əldə ediləcəyi təqdirdə, bu dünyadakı həyatın insanı tamamilə təmin və xoşbəxt edə biləcəyini düşünür. Geniş yayılmış qənaətə görə, insan maddi yöndən zəngin olarsa, bu zəmində ailə qurarsa, cəmiyyətdə güclü mövqeyə sahib olarsa və digər insanların gözündə hörmət qazanarsa, nöqsansız   həyata sahib olmuş olar. Bu anlayış Qurani-kərimdə, əslində, qəti şəkildə rədd edilir. Əksinə, Qurani-kərimdə dünyada sürdüyümüz ömrün əsla nöqsansız, mükəmməl olmayacağı bildirilir. Çünki bu, belə qurulmuşdur. “Dünya” kəlməsinin kökü çox vacib bir məna verir. Bu kəlmə ərəbcə “dəniy” sifətindən əmələ gəlmişdir. “Dəniy” isə “alçaq”, “zəlil”, “bəsit”, “dəyərsiz” kimi mənalara gəlir. Necə ki, Qurani-kərimdə dünya həyatının dəyərsizliyi, əhəmiyyətsizliyi tez-tez vurğulanır. Dünya həyatını gözəlləşdirdiyi düşünülən zənginlik, ailə, mövqe, mənsəb, müvəffəqiyyət kimi amillər Qurani-kərimə görə, keçici və aldadıcı səhnədən başqa bir şey deyil. Allah bir ayədə dünya həyatı haqqında bunları bildirir:


    “Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan, yalandan başqa bir şey deyildir” (“Hədis” surəsi, 20).


    Başqa ayələrdə də insanın dünya həyatından ötrü necə aldanması belə göstərilir:


    “Lakin siz dünyanı üstün tutursunuz, halbuki axirət daha xeyirli və daha saqidir” (“Əla” surəsi, 16-17).


    Ayələrdə də bildirildiyi kimi, haqqında bəhs edilən insanlar dünya həyatını axirətdən üstün tuturlar. Bunu edərək Allah`a iman gətirmir və Qurani-kərim ayələrindən üz çevirirlər. Qurani-kərimdə bu insanlar: “Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanlar” (“Yunis” surəsi, 7) şəklində təqdim edilməklə, hamısının sonsuz cəhənnəm əzabı ilə qarşılaşacağı bildirilir. Əlbəttə, dünya həyatının nöqsanları bu dünyada gözəl şeylərin heç olmaması mənasına da gəlmir. Əksinə, Allah dünyanı cənnəti xatırladacaq qədər bir çox gözəl nemətlərlə doldurmuşdur. Fəqət, bu gözəlliklərlə yanaşı, cəhənnəmə aid olan nöqsanlar, çirkinlik və qüsurlar da vardır.


    Dünyada imtahan edilmək hikmətinin əsasları olan cənnət və cəhənnəmə aid xüsusiyyətlər bir arada olurlar. Bu şəkildə, möminlər həm cənnət və cəhənnəm haqqında fikirləşir, həm də özlərini dünyadakı qısa və keçici həyata həsr etmək əvəzinə həqiqi, qüsursuz və əbədi həyat olan axirətə yönəlirlər. Allah`ın qulları üçün seçdiyi həyat da elə bu axirət həyatıdır. Axirət Qurani-kərim ayələrində insanların həqiqi və əbədi yurdu olaraq tərif edilir.


    Ancaq yuxarıda da bildirdiyimiz kimi, bəzi insanlar dünyada mükəmməl bir həyat qurula biləcəyini zənn edir, dünya həyatına aid olan böyük qüsur və nöqsanların isə təbii olduğunu düşünürlər. Məsələn, xəstə olmaq onlara təbii görünür. Yorğunluq, sıxıntı kimi anlayışlar da eyni şəkildə təbii qarşılanır. Əslində isə Allah dünya həyatına aid bütün nöqsanları çox böyük hikmətlərlə yaratmışdır. İnsanın vəzifəsi bu hikmətlər üzərində dərindən düşünməkdən və bunlardan özü üçün nəticə çıxarmaqdan ibarətdir. İnsan heç bir zaman xəstə olmaya, heç bir zaman yorulmaya, heç vaxt yatıb dincəlmək məcburiyyətində qalmaya, heç bir yorğunluq hiss etməyəcək qədər güc və enerjiyə sahib ola bilərdi. Allah istəsəydi, insanı bütün bu nöqsan və qüsurlardan arınmış olaraq yarada bilərdi. Ancaq Allah insanı bu şəkildə yaratmaqla insana onun acizliyini və zəifliyini göstərir.


    İnsan dünya həyatının hər anında öz acizliyi və zəifliyi ilə dəfələrlə üzləşmək məcburiyyətində qalır. Əvvəlcə, çox dəyər verdiyi bədəni ona bu durumu müntəzəm şəkildə xatırladır. İnsan hər səhər yuxudan oyandıqda yeni günə şişmiş və forması dəyişmiş üzlə başlayır. Ağzı pis qoxur; üzü, saçı və bədəni kirli olur. Yuyunmadıqca çölə çıxa bilmir. Üstəlik, bu təmizliyi gün ərzində tez-tez təkrarlaması lazım gəlir. Çünki üstündən bir neçə saat keçəndən sonra səhər etdiyi təmizlik yoxa çıxır. Bir neçə gün təmizlik etməsə, ətrafındakıları narahat edəcək bir duruma düşür.


    İnsan bədəni daş, metal kimi dözümlü maddədən deyil, çox davamsız bir maddədən-ətdən yaradılmışdır. Bu ətdən olan bədən incə dəri ilə örtülür. Hər an kiçik bir qəza ilə bu dəri yırtıla bilər. Ət də öz quruluşu etibarilə son dərəcə davamsızdır. Bəsit zərbələrdən təsirlənir, forması pozulur, qaralır və yaralana bilir. Yaşlaşdıqca  əvvəlki şuxluğu və canlılığı itir, büzüşməyə və təravətini itirməyə başlayır. İnsanın ölməsi ilə birlikdə isə çürümə başlayır. Torpağa qoyulduqdan bir neçə həftə sonra bədən parçalanmağa başlayır, qurdlanır, bakteriyalar tərəfindən yeyilir və yox olub torpağa qarışır.


    Yuxarıda söylədiyimiz kimi, bütün bunlar insana acizliyini göstərmək və dünyanın nöqsanlarını xatırlatmaq üçün xüsusi olaraq yaradılmışdır. Elə isə insan ət yerinə sağlam və təmiz maddədən yaradıla, ağrı-acıdan, xəstəlikdən və pislikdən tamam uzaq tutula bilərdi. Bütün bunlar, əslində, insanın Allah`a nə qədər möhtac olduğunu, dünyanın qüsurlu yer olduğunu göstərmək və insana öz acizliyini hiss etdirmək üçün belə yaradılıb. İnsan bu nöqsanlara baxaraq həm öz acizliyini, həm də digər insanların dünya həyatındakı gücünün nə qədər müvəqqəti olduğunu anlaya bilir. Gözündə böyütdüyü insanlar da onun elə özü qədər aciz, nöqsanlı və qüsurlu insanlardır.


    Ancaq insanların çoxu bunları anlamaz, var olan böyük nöqsanları görməz, deməli bu səbəblə, dünya həyatı ilə razılaşar. Əslində, bu, son dərəcə böyük ağılsızlığın nəticəsi və cəhalətin əlamətidir. Qurani-kərimdə belə insanların əxlaqı bu şəkildə tərif edilir:


     “Artıq bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər. Onların bildiyi elə bu qədərdir” (“Nəcm” surəsi, 29-30).


    Ayədə də bildirildiyi kimi, axirət məsələsi ilə bağlı qəflətdə olub dünya həyatına bağlanmaq elm sahibi olmamağın nəticəsidir. O halda, öyrənməyimiz lazım olan elm nədir? Dünya həyatına bağlanmamaq üçün öyrənməli olduğumuz elm Allah`ın bizlərə vəd etdiyi cənnətin bilgisidir. İnsanın cənnətin tərifi edildiyi Qurani-kərim ayələri haqqında bilgiyə sahib olması və bu ayələr üzərində dərindən düşünməsi bu yöndə atılacaq ən vacib addımdır. Allah iman gətirənlərə həqiqi məskəni Qurani-kərimdə bu şəkildə tərif edir:

    “Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir, axirət yurdu isə şübhəsiz, əbədi həyatdır, kaş biləydilər” (“Ənkəbut” surəsi, 64).

  • Cənnət əhlinin bu dünyadakı vəziyyəti

    Qurani-kərimdə iman gətirənlər sonsuz mükafat və sonsuz səadətlə müjdələnmişdir. Ancaq diqqətdən yayınan önəmli bir məqam vardır. Bu da sonsuz zaman içərisində sonsuz gözəlliklərə gedib çıxan bu müjdənin mömin insan hələ dünyada ikən yaşanmağa başlamasıdır. Çünki mömin axirətdə cənnətlə müjdələndiyi kimi, bu dünyada da Allah`ın lütfü və kərəmi ilə nemətləndirilir. Saleh əməllər işləyən möminlərin bu dünyada da gözəl bir həyat yaşamaqla mükafatlandırılacağı Qurani-kərimdə belə xəbər verilir:


    “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik”
    (“Nəhl” surəsi, 97).


    Ayədə xəbər verilən bu müjdənin başda peyğəmbərlər olmaqla, saleh möminlərə də aid olduğunu bir çox Qurani-kərim ayəsindən öyrənə bilərik. Məsələn, Qurani-kərimdə cənnətin ən yüksək dərəcələri, ən üstün məqamları ilə müjdələnən Peyğəmbərimizi (s.ə.v) dünya həyatında Allah`ın zəngin etməsi “Bir yoxsul ikən səni tapıb zəngin etmədimi” (“Duha” surəsi, 8) ayəsindən anlaşılır. Hz. Davuda, hz. Süleymana, hz. Zülqərneynə, hz. İbrahimə və ailəsinə bu dünyada böyük mal-mülk və imkan verilməsi haqqında başqa ayələrdə bəhs edilir.
    Həm bir mükafat və şövq qaynağı, həm də Rəbbimizin əvəzsiz lütf və ehsanının bir nümunəsi olaraq saleh bəndələrinə bu dünyada nemət və gözəlliklər verməsi Allah`ın dəyişilməz bir qanunudur. Zənginlik və gözəllik cənnətin ən təmiz xüsusiyyətlərindən olduğu üçün Allah sevdiyi seçilmiş bəndələrinə cənnəti xatırladacaq, onların cənnətə qovuşma arzu və həyəcanlarını artıracaq olan nemətlərin bənzərlərini bu dünyada yaradır. Necə ki, inkarçıların əbədi əzabları bu dünyadan başlayırsa, saleh möminlər üçün vəd edilən əbədi gözəlliklər də onlara dünyadakı həyatında göstərilməyə başlanır.


    Bir mömin onu yaradan Allah`ı tanımasından, Onun əmr və qadağalarına tabe olmasından, Onun insanlar üçün seçib bəyəndiyi dini yaşamasından və ən vacibi budur ki, ölümündən sonrası üçün çox böyük ümid bəsləməsindən ötrü dünyadakı həyatı boyunca hər cür ruhi sıxıntı və üzüntüdən uzaqdır.


    Hər şeydən əvvəl Rəbbimizin yardımı və dəstəyi iman gətirənlərlə bərabərdir. Allah “...Öz peyğəmbərinə və möminlərə arxayınçılıq nazil etdi” (“Tövbə” surəsi, 26) vəhyini göndərmişdir. Bu, möminlərin hər namazda, hər saleh əməldə Allah rizası üçün edilən kiçik-böyük hər işdə Allah`ın onları gördüyünü, mələklərin bu əməlləri əməl dəftərlərinə yazdığını və axirətdə bütün bunların əvəzini alacaqlarını bilməsindən doğan bir sevincdir. Bu, Allah`ın onları görünməyən ordularla və mələklərlə dəstəklədiyini, önlərindən və arxalarından izləyənləri olduğunu və bunların onları Allah`ın əmri ilə qoruduqlarını (“Rəd” surəsi, 11), Onun yolunda aparılan savaşda qalib gələnlərin cənnətlə müjdələnmiş insanlar olduqlarını bilməsindən doğan bir sığınma, güvən duyğusudur. Beləcə, saleh möminlər Allah`ın mələklərə “... möminlərə qüvvət, mətanət verin” (“Ənfal” surəsi, 12) vəhyinə uyğun olaraq qorxub həyəcanlanmazlar.


    Möminlər Qurani-kərimdə keçən “...Rəbbimiz Allah`dır”, - deyən, sonra da sözündə düz olan...” (“Fussilət” surəsi, 30) ayəsi gərəyi düz insanlar kimi tanınırlar. Və Quranda onların belə dediyi keçir:


    “Mələklər nazil olub belə deyəcəklər: qorxmayın və kədərlənməyin, sizə vəd olunan cənnətlə sevinin”
    (“Fusillət” surəsi, 30).


    Möminlər Qurani-kərimdə də bildirildiyi kimi, Allah`ın: “...Biz heç kəsi gücü çatdığından artıq işə vadar etmərik” (“Əraf” surəsi, 42) - buyurduğunu bilirlər.
    Qədərə və hər şeyə qadir olanın Allah olduğuna kəskin bir imanla inanırlar və beləcə, başlarına gələnlərə “Allah`ın bizim üçün yazdığından başqa heç bir şey üz verməz...” (“Tövbə” surəsi, 51) ayəsinin hökmünə uyğun olaraq təvəkkül edərlər. Allah`ın rizasına tabe olduqları və: “Allah bizə bəs edər, O, nə gözəl vəkildir...” - dedikləri üçün onlara heç bir pislik toxunmayacaqdır (“Ali-İmran” surəsi, 173-174).


    Ancaq dünya imtahan yeri olduğundan, əlbəttə ki, mömin insanın qarşısına müxtəlif çətinliklər çıxa bilər. İman gətirən bir insan müəyyən dövrlərdə aclıq, xəstəlik, yuxusuzluq, qəza, maddi itki kimi çeşidli sıxıntılarla qarşılaşa bilər. Bundan əlavə, daha bir neçə çətinlik və sınaqdan da keçirilə bilər. “Bəqərə” surəsinin 214-cü ayəsində bildirildiyi kimi, mömin insan yoxsulluq və çətinliklə də imtahandan keçirilə bilər. Bir ayədə möminlərin üzləşdiyi sınaq belə bildirilmişdir:


    “Ey möminlər! Sizdən əvvəlki insanların başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızı güman edirsiniz? Onları  fəlakət və sıxıntı elə bürümüş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və iman gətirənlər birlikdə “Allah`ın köməyi nə vaxt gələcək” demişdilər. Bilin ki, Allah`ın köməyi yaxındır”
    (“Bəqərə” surəsi, 214).


    Bu çətin vəziyyət Peyğəmbərin (s.ə.v) və yanındakı möminlərin sözsüz ki, Rəbbimizə olan güclü imanlarını, Qurani-kərim ayələrini təsdiqləmədəki qətiyyətini əsla zəiflətməmişdir. Əslində, Allah ayənin sonunda möminlərə yardımının da çox yaxın olduğunu müjdələyir:


    “Allah müttəqilərə imanlarına, dünyada qazandıqları uğurlara görə nicat verər. Onlara pislik, cəhənnəm əzabı toxunmaz və onlar qəm-qüssə də görməzlər”
    (“Zumər” surəsi, 61).


    Mömin insan imanının sınanması üçün çətinliklərin xüsusi olaraq yaradıldığını, səbir və təvəkkül etdiyi təqdirdə bunların axirəti üçün sonsuz mükafat qaynağı olduğunu bilir. Bu səbəblə də bu çətinliklər qarşısında təvəkkül edər və sevincindən, nəşəsindən heç nə itirməz. Bu sıxıntılar onun ruhunu və dözümünü heç bir zaman zəiflətməz, hətta səbir və təvəkkülünün əvəzini Allah dərgahında alacağını bildiyindən şövqü və həyəcanı daha da artar. Bu vəziyyət inkarçılar üçün tamamilə əksinədir. Allah`ın ayələrini inkar edən bir insan dünya həyatında çəkdiyi müxtəlif cismani əzablarla bərabər ruhən də əzab çəkər. Qorxu, üzüntü, ümidsizlik kimi neqativ hisslər inkarçıların cəhənnəmdə çəkəcəyi əzabın bu dünyadakı kiçik bir başlanğıcını təşkil edir. Allah yolunu azmış bu insanları bir ayədə belə tərif edir:


    “...Onun ürəyini daraldıb sıxıntıya salar, o, sanki sıxıntının (şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər”
    (“Ənam” surəsi, 125).


    Allah Ondan ürəyi titrəyərək qorxan, xətalarına və günahlarına görə bağışlanmasını istəyən, tövbə edən saleh möminləri isə dünya həyatında da ən gözəl şəkildə nemətləndirəcəyini və onlara ehsanlar bəxş edəcəyini bildirmişdir. “Hud” surəsinin 3-cü ayəsində bu cür bildirilir:


    “Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət  sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə əməlinin mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən  böyük günün  sizə üz verəcək əzabından qorxuram”
    (“Hud” surəsi, 3).


    Burada bildirildiyi kimi, Allah`dan bağışlanma diləmək, tövbə etmək saleh bəndələrin xüsusiyyətlərindəndir. Belə davranış mömin insanın Allah qarşısında nə qədər aciz və zəif olduğunu bir daha göstərir. Çünki iman gətirənlər xəta və nöqsanlarının olduğunu və dünya həyatı boyunca da davamlı xəta edə biləcəklərini düşünür, buna görə Allah`ın rəhmətini istəyirlər. Ayədə bildirildiyi kimi, Rəbbimiz də onların bu gözəl əxlaqının əvəzini dünya həyatında verir və bu insanlara ölümlərinə qədər gözəl həyat yaşadır. Bir başqa ayədə möminlərin dünya həyatı belə tərif edilib:


    “Allah qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz öz peyğəmbərinə nə nazil etmişdir?”, - deyə soruşduqda isə onlar: “Xeyir nazil etmişdir”, - deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri yaxşılıq, gözəl həyat gözləyir. Axirət yurdu  isə sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir”
    (“Nəhl” surəsi, 30).


    Dünya həyatının bütün gözəllikləri axirət yurdu ilə müqayisə ediləndə dəyərini tamamilə itirir. O halda, bir hədəf götürülərsə, bunun sadəcə olaraq sonsuz axirət həyatı olması gərəkdir. Əslində, bunu hədəf edən möminlərə Allah dünya həyatında da nemətlərini artırır. Möminlər dualarında axirətlə birlikdə dünya həyatının nemətlərini və yaxşılıqlarını da Allah`dan istərlər. İman gətirənlərin bu duaları “Bəqərə” surəsində belə bildirilir:


    “Həcc mərasimini tamamlayıb qurtardıqda ondan da artıq Allah`ı yad edin, insanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə elə bu dünyada ver”, - deyir. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: “Ey Rəbbimiz, bizə bu dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru”, - deyirlər. Belə şəxsləri qazandıqları əməllərinə görə axirətdə mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir”
    (“Bəqərə” surəsi, 200-202).


    Qurani-kərimdə Allah`a könüldən iman edən ixlas sahibi bəndələrin bu dünyaya varis edildiyi bildirilir. Şübhəsiz ki, Allah`ın vədi haqdır və gerçəkləşəcəkdir. Allah bir ayədə belə buyurur:

    “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allah`ın Özü bəyəndiyi dinini  möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla  əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!”
    (“Nur” surəsi, 55)

  • İman gətirənlər cənnətlə müjdələnir

    Əvvəlki bölümdə Allah`a könüldən təslim olmuş ixlaslı möminlərin cənnətə daxil olmazdan əvvəl bu dünyada Allah`ın nemət və gözəlliklərinə qovuşmasından bəhs etmişdik. Bu gözəlliklərin ən önəmlisi möminlərin müjdələnməsidir. Qurani-kərimin bir çox ayəsində Allah`ın möminlərə cənnəti vəd etməsindən və möminləri bununla müjdələməsindən bəhs olunur. Bu müjdələnmə bu ayədə belə ifadə edilmişdir:


    “Rəbbi onları özündən bir mərhəmət, bağışlanma, razılıq və içində olanlar üçün tükənməz nemətlər olan cənnətlə müjdələr”
    (“Tövbə” surəsi, 21).


    Bir başqa ayədə isə möminlər üçün belə deyilir:


    “Onlara dünyada da, axirətdə də müjdə vardır. Allah`ın sözləri  heç vaxt dəyişməz. Bu, ən böyük qurtuluş və uğurdur”
    (“Yunis” surəsi, 64).


    Allah`ın onları müxtəlif ayələrdə cənnətlə müjdələdiyinə, etdikləri saleh əməllərinin Allah dərgahında keçərli olduğuna, gözlədikləri gözəlliyin isə çox yaxın olduğuna ümid edən möminlərin qəlbini böyük bir sevinc bürüyür.


    Qurani-kərimdə möminlərin mələklər vasitəsilə də müjdələnəcəyi bildirilir. Allah səmimi qəlbdən iman edib ona heç bir şeyi şərik qoşmayan, Allah`ın Qurani-kərimdə bildirdiyi əmr və tövsiyələrə bütövlükdə uyan və Qurani-kərim əxlaqına uyğun yaşamağa çalışan saleh qullar belə müjdəyə ümid edə bilərlər. Şübhəsiz ki, bu müjdə cənnəti bütün varlığı ilə arzulayan bir mömin üçün əvəzsiz sevincdir. Bu durum Qurani-kərimdə belə anladılır:


    “Şübhəsiz ki: “Rəbbimiz Allah`dır”, - deyən, sonra da  düz olan kəslərə  mələklər nazil olub belə deyəcəklər: “Qorxmayın və kədərlənməyin. Sizə vəd olunan cənnətlə sevinin. Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkdiyi istədiyiniz hər şey vardır. Bağışlayan və rəhm edən Allah`dan ruzi olaraq”
    (“Fussilət” surəsi, 30-32).


    Allah rəsullara da möminləri müjdələmək vəzifəsi vermişdir. Allah “Əhzab” surəsinin 47-ci ayəsində elçisinə möminlərə Onun özündən böyük bir fəzlin (mükafatın) olduğunu, “Yasin” surəsinin 11-ci ayəsində də Qurani-kərimə tabe olan və qeyblə Rəhmana qarşı qəlbi titrəyərək qorxan kimsələri bir bağışlanma və üstün bir əcrlə müjdələməsini əmr edib. “Zumər” surəsinin 17-ci ayəsində isə harama qulluq etməkdən çəkinənlər və Allah`a könüldən qulluq edənlər üçün müjdə olduğu xəbər verilir.

    “Yunis” surəsinin 2-ci ayəsində isə Allah elçisinə: “...İman gətirənlərin yaxşı əməllərinə görə Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ”, - deyə vəhy edir. Cənnətlə müjdələnən möminlərin ayələrdə bildirilən xüsusiyyətlərinə baxdıqda onların Allah`a qarşı son dərəcə səmimi və aciz olduqlarını bildirən, Qurani-kərimə və elçiyə itaət edən, Allah`dan qorxan ixlaslı qullar olduqlarını görürük.

  • Allahın vədi

    Allah mömin olaraq hüzuruna gələcək bəndələrin əbədi olaraq qalacaqları yerin cənnət olacağını vəd etmişdir. Allah`ın vədi isə şübhəsiz ki, dəyişməzdir. Belə bir vədə inananlar bu vədin gerçəkləşəcəyindən əsla şübhəyə düşməz və mömin olaraq canlarını təslim etdikləri təqdirdə günahlarının bağışlanaraq cənnətə qəbul ediləcəklərini umarlar. Bir ayədə belə deyilir:


    “Rəhmanın öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir”
    (“Məryəm” surəsi, 61).


    Allah`ın onlara cənnəti vəd etməsi möminləri əvəzolunmaz sevinc və coşqunluğa sövq edər. Onlar Allah`ın saleh bəndələri üçün cənnəti istədiyini və onları bura varis etdiyini bilirlər. Allah`ın cənnəti vəd etməsi ilə bağlı başqa bir ayə isə belədir:


    “Məgər verdiyimiz gözəl bir vədə qovuşan kimsə, fani dünya malı bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəm oduna) gətiriləcək kimsə ilə eyni ola bilərmi?!”
    (“Qəsəs” surəsi, 61)


    Bu ayədən də açıq göründüyü kimi, Allah`ın bir vədi verməsi bu vədə qovuşmaq üçün yetərlidir. Allah kimlərə cənnət vəd etmişsə, onlar Allah`ın izni ilə sonsuz nemətlərə qovuşacaqlar. Möminlər də cənnətə daxil olan zaman bu vəziyyəti təsdiq edərək Allah`a belə şükür edəcəklər:


    “Onlar da: “Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah`a həmd olsun. Biz cənnətin istədiyi yerində sakin oluruq. Dünyada yaxşı əməl edənlərin yeri necə də gözəldir”, - deyəcəklər”
    (“Zumər” surəsi, 74).


    Dünya həyatında dəfələrlə müjdələnən və Allah`ın cənnət vəd etdiyi möminlər ümid etdiklərinə həyatlarının sonunda qovuşacaqlar. Gözlənən o an ən sonda gəlir. Bir möminin həyatı boyunca düşündüyü, qovuşmaq üçün dua etdiyi və layiq olmaq üçün var gücü ilə çalışdığı yer, qalacaqları yerlərin ən xeyirlisi və Allah dərgahında ən gözəl yer olan cənnətdir. Bu qüsursuz məkan möminlər üçün hazırlanmış və qapıları onlar üçün açılmışdır.


    Bu bənzərsiz mənzərə möminlərin cənnətə qovuşması ilə bağlı ayələrdə belə tərif edilir:


    “Özlərini, həmçinin əməlisaleh atalarını, övrətlərini və övladlarını daxil olacaqları Ədn cənnəti gözləyir. Mələklər də hər bir qatdan cənnət qapılarından daxil olub onlara: “Dünyada Allah yolunda bütün çətinliklərə səbir etdiyinizə görə sizə salam olsun. Axirət yurdu nə gözəldir”, - deyəcəklər”
    (“Rəd” surəsi, 23-24).


    Onlar cənnətdə ehtiram və salamla (“Furqan” surəsi, 75) qarşılanacaq və onlara: “Ora sağ-salamat və əmin-amanlıqla daxil olun”, - deyiləcəkdir (“Hicr” surəsi, 46). Əsas vəzifə möminlər üçün hazırlanmış və hər cür nemətlərə bəzədilmiş əbədi yurdun gözəlliklərini sadəcə olaraq kəşf etməkdir.

  • Cənnəti daha artıq dərəcədə umanlar: Allahın firqəsi

    “Allah`a və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh  vermişdir. Onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allah`dan razıdırlar. Onlar Allah`ın firqəsidirlər. Bilin ki, Allah`ın firqəsi- məhz onlar nicat tapıb səadətə qovuşanlardır”
    (“Mücadilə” surəsi, 22).


    Allah`ın cənnət vəd etdiyi və müjdələdiyi möminlərin xüsusiyyətləri ayələrdə belə bildirilmişdir.


     İman gətirib saleh əməllər işləyirlər (“Bəqərə” surəsi, 25).
     Allah`dan qorxub pis əməldən çəkinirlər (“Ali-İmran” surəsi, 15).
     Bolluqda da, qıtlıqda da  xərcləyirlər (“Ali-İmran” surəsi, 134).
     Qəzəblərini udarlar (“Ali-İmran” surəsi, 134).
     İnsanların günahlarından keçərlər (“Ali-İmran” surəsi, 134).
     O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah`ı yada salıb tövbə edərlər (“Ali-İmran” surəsi, 135).
     Onlar gördükləri işin pis olduğunu bildirdikdə tövbədən sonra bir daha ona qayıtmazlar (“Ali-İmran” surəsi, 135).
     Allah`a və Peyğəmbərinə  itaət edərlər (“Nisa” surəsi, 13)
     Namaz qılarlar, zəkat verərlər, elçilərə iman gətirərlər, Allah onlarladır (“Maidə” surəsi, 12).
     Düz danışanlardır (“Maidə” surəsi, 119).
     Hicrət edərlər, Allah yolunda malları ilə, canları ilə cihad edərlər (“Tövbə” surəsi, 20).
     Yaxşı işlər görərlər (“Yunis” surəsi, 26).
     Ümidlərini yalnız Allah`a bağlayarlar (“Hud” surəsi, 23).
     Tövbə edərlər (“Məryəm” surəsi, 60).
     Əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (“Muminun” surəsi, 8).
     Namazlarını vaxtlı-vaxtında qılarlar (“Muminun” surəsi, 9).
     Yaxşı əməllərdə yarışırlar (“Fatir” surəsi, 32).
     Allah`ın səmimi bəndələridir (“Saffat” surəsi, 40).
     Allah`ın ayələrinə iman gətirərlər (“Zuxruf” surəsi, 60).
     “Rəbbimiz Allah`dır” - deyib sonra sözlərində möhkəm dururlar (“Əhqaf” surəsi, 13).
     Təqva sahibidirlər (“Muhəmməd” surəsi, 15).
     Səmimi-qəlbdən tövbə edib Allah`a tərəf qayıdırlar (“Qaf” surəsi, 32).
     Rəbbini görmədiyi halda qorxar və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələrlər (“Qaf” surəsi, 33).
     Başqalarına ehsan edərlər (“Zariyat” surəsi, 16).
     Səhərlər isə Allah`dan bağışlanma diləyirlər (“Zariyat” surəsi, 18).
     Yaxşı əməllərdə öndə gedərlər (“Vaqiə” surəsi, 10).
     Verdikləri sözləri yerinə yetirib öndə gedərlər və dəhşəti aləmi bürüyəcək gündən - qiyamət günündən qorxarlar (“İnsan” surəsi, 7).
     Onlar öz iştahaları çəkdiyi halda,  yeməyi yoxsula, yetimə və əsirə yedirərlər (“İnsan” surəsi, 8).
     Elçiyə  layiqli ehtiram göstərərlər (“Hucurat” surəsi, 3).

  • Axirətə gözəl keçid - gözəl ölüm

    “O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun, etdiyiniz gözəl əməllərə görə cənnətə daxil olun”, - deyərlər
    (“Nəhl” surəsi, 32).


    Bura qədər saleh möminlərin dünyada gözəl bir həyatla yaşadıqlarını, qorxuya və kədərə düşmədiklərini, sağlam və xoşbəxt ruha sahib olduqlarını gördük. İman gətirənlərin Allah`ın rizasına uyğun yaşaması üçün Allah`ın xüsusi dəstəyini, yardımını və himayəsini qazandıqlarını, pisliklərinin ört-basdır ediləcəyini, etdikləri saleh əməllərinin əvəzini gözəlliklə görəcəklərini və onlara heç bir haqsızıq edilməyəcəyini də Qurani-kərim ayələrindən öyrənirik. Dünya həyatının əvəzinə axirəti satın alaraq, Qurani-kərimdəki ifadə ilə desək, gözəl bir alış-veriş etmişlər və Allah onlardan, onlar da Allah`dan razı olmuşlar.


    Bəs bu insanlar ömürlərinin sonu çatanda nə olacaqlar? Allah`ın təqdir etdiyi ölüm anı onları necə və harada haqlayacaq? İstər iman edən olsun, istərsə də Allah`ın ayələrini inkar edən bir insan, heç bir kəs harada və nə zaman öləcəyini qətiyyən bilməz. Bu həqiqət “Loğman” surəsində belə açıqlanır:


    “Həqiqətən, qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı istədiyi vaxt göydən O yağdırır. Bətnlərdə olan doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını O bilir. Heç kəs sabah nə edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə şübhəsiz ki,  hər şeydən xəbərdardır”
    (“Loğman” surəsi, 34).


    Bununla bərabər, ölümün möminləri necə qarşılayacağını, canlarının necə alınacağını, ölümləri anında nələr olacağını Qurani-kərimdən öyrənmək imkanımız vardır. Qurani-kərimdə bizə bildirildiyinə görə, möminin ölümü çox yumşaq bir keçid, ani bir hal dəyişmə şəklində olacaq. Eynən yuxu kimi, Allah`ın bir növ ölüm halına saldığı insanın (“Zumər” surəsi, 42) səhər oyanıb yeni günə başlaması kimi mömin də ölümündə bir anda dünya halından çıxacaq və axirət halına keçəcəkdir. Allah bu sıxıntısız və rahat keçidi “Naziat” surəsinin 2-ci ayəsində vəzifəli mələklərə işarə edərək “(möminlərin canlarını) rahatlıqla alan” şəklində xəbər verir.


    Mələklər möminlərin canlarını almağa gəldikdə onların öz aralarında olan söhbəti isə “Nəhl” surəsinin 32-ci ayəsində bu şəkildə anladılır:


    “O kəslər ki mələkləri onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun. Etdiyiniz  əməllərə görə cənnətə daxil olun”, -deyərlər”
    (“Nəhl” surəsi, 32).


    Başqa bir ayədə də möminlərin ölüm anı belə təsvir edilir:


    “Onları ən böyük qorxu  məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Sizə vəd olunan gün budur”, - deyəcəklər”
    (“Ənbiya” surəsi, 103).


    Göründüyü kimi, dünyada gözəl bir həyatla yaşadılan möminin ölümü də gözəl və rahat olacaq, axirət həyatı mələklərin onu qarşılaması ilə başlayacaq. O andan etibarən dünya ilə bütün əlaqələr kəsilir və insan Allah`ın hüzuruna çıxmaq üçün təyin edilmiş bir yerə yollanır. Bunun ardınca da mömini əvvəldən bəri olduğu kimi rahat və asan bir əbədi həyat gözləyir.

  • Asan hesab

    Əvvəlki bölümdə iman gətirənlərin canlarının mələklər tərəfindən gözəlliklə alınacağından bəhs etdik. Bundan sonra hesab anı, yəni insanların bütün etdikləri əməlləri ilə Rəbbimizin hüzuruna çıxacaqları an gəlir. Qiyamətin qopması ilə birlikdə başlayan bütün hadisələr dünya tarixi boyunca yaradılmış bütün insanların yeni bir bədənlə dirildilməsi və cəhənnəm atəşinin ətrafında bir araya toplanması ilə davam edəcəkdir. Daha sonra bütün şahidlər gətiriləcək. Hər bir insanın əməl dəftəri açılacaq və hər kəs dünya həyatında etdiklərinə görə hesaba çəkiləcək. Bundan sonra Allah möminləri öz rəhməti ilə cəhənnəm atəşindən qurtararaq cənnətə daxil edəcək. Qiyamət günü və möminlərin həmin gündəki vəziyyəti Qurani-kərimdə müfəssəl şəkildə bildirilib:


    Sura ilk üfürülüşlə qiyamət başlamışdır. Dünya və kainat geriyə yolu olmayan bir yoxluğa səhnə olmaqdadır. Dağlar parçalanır, dənizlər qaynadılır, səmalar yox edilir...
    Surun ikinci dəfə üfürülməsi ilə birlikdə insanlar dirildilir və hesaba çəkilmək üçün bir yerə toplanır. Ən kiçik bir fərqin belə üstündən keçilmədən həyatı boyunca etmiş olduğu hər şey insanın və şahidlərin gözləri önünə gətiriləcək. Kafirlər öldürücü  şəkildə xəcalət çəkməyə sürükləndiyi zaman möminlər bunun tam əksinə olaraq sevinc içində olacaqlar. Çünki Qurani-kərimdə “...O gün Allah öz peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz” (“Təhrim” surəsi, 8) buyurulur.


    Allah: “Şübhəsiz ki, Biz öz peyğəmbərlərimizə və iman gətirənlərə həm dünyada, həm də şəhidlərin şəhadət verəcəyi gündə yardım edəcəyik”, - deyə vəd etmişdir (“Mömin” surəsi, 51).


    Bu möhtəşəm səhnədə əməlisaleh möminlər bütün həyatları boyunca etdikləri əməllərin hamısının yazıldığı hesab dəftərlərini sağ tərəflərindən alacaqlar. Kitabını sağ tərəfindən alacaq insanlar Qurani-kərimdə asan hesaba çəkiləcək və cənnətə daxil olacaq insanlar kimi təqdim edilmişlər:


    “Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun, mən öz hesabıma yetişəcəyimə möhkəm inanmışdım. Bundan belə, o, xoş güzəran içində yüksək bir cənnətdə olacaqdır” (“Haqqə” surəsi, 19-22).


    Rəbbimizin onlara vəd etdiyinə qovuşmaq üzrə olan möminlər o, əbədiyyət günündə (“Qaf” surəsi, 34) həyəcanlı və şən olacaqlar. Bu vəziyyət “İnşiqaq” surəsində belə təsvir edilir:


    “Kimin əməl dəftəri sağ əlinə verilmişsə, onunla yüngül haqq-hesab çəkiləcək və o,  ailəsinin  yanına sevinclə qayıdacaqdır!” (“İnşiqaq” surəsi, 7-9)


    Hesab bitdikdən sonra möminlər qurtuluş sevinci içində olacaqlar. Ayədə “Ora sağ-salamat və əmin-amanlıqla daxil olun” (“Hicr” surəsi, 46) buyurulur.
    Bu vəziyyət bir başqa ayədə belə bildirilir:


    “Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol” (“Fəcr” surəsi, 27-30).


    Artıq Allah rəhmət etdiyi qullarının günahlarını da bağışlamış, pisliklərini yaxşılığa çevirmiş və onların cənnətə daxil olmasına izn vermişdir. “Cənnətə gir”, - deyə xitab edilən kəs mömindirsə, belə söylər:


    “...Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi” (“Yasin” surəsi, 26-27).


    Bir başqa ayədə Allah cənnət əhlinin belə müjdələyir:


    “...Bu, elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər, onları ağacları altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Allah onlardan, onlar da Allah`dan razıdırlar...” (“Maidə” surəsi, 119)


    “Bu gün sizə heç bir qorxu yoxdur və siz qəm-qüssə görməyəcəksiniz” (“Zuxruf” surəsi, 68).


    Başqa bir ayədə də Allah: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir” (“Qaf” surəsi, 31) - deyə buyurur.

  • Cənnətdəki təbii gözəlliklər

    Allah`dan qorxub pis əməllərdən çəkinənlərə  vəd edilən cənnətin vəsfi belədir:  altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir. Bu, Allah`dan qorxub pis əməllərdən çəkinənlərin aqibətidir. Kafirlərin aqibəti isə cəhənnəmdir! (“Rəd” surəsi, 35)


    Təbii gözəlliklər və yaşıllıqlar cənnətin mükəmməl nemətlərindəndir. Cənnətdəki taxt və kölgəliklərin bağların içində, bulaqların başında qurulması ayrı bir gözəllikdir. Cənnət “...Orada nə günəş, nə də sərt soyuq görəcəklər” (“İnsan” surəsi, 13) şəklində tərif edilən, insana heç bir rahatsızlıq verməyən xoş bir iqlimə sahibdir. İnsanı yoran, tərlədən istilər, ya da titrədən, donduran soyuqlar orada yoxdur. Allah möminləri cənnətdə rahatlıq verən sıx kölgəliyə yerləşdirəcək (“Nisa” surəsi, 57).
    “Rahatlıq verən” ifadəsi bu ayədə iqlimin tam insanın istəyəcəyi və rahat edəcəyi kimi olduğunu bildirməklə bərabər, əslində, cənnətdəki bütün şərtlərin insan ruhunun gerçək mənada rahat ediləcəyi biçimdə hazırlandığına işarədir. Cənnətdəki hər şey və hər durum möminin tam istədiyi kimi olacaqdır.


    Allah`ın cənnət ayələrində ən çox bəhs etdiyi təbii gözəlliklərdən biri də “axar su kənarında” ayəsidir (“Vaqiə” surəsi, 31). Yerüstü həyatdan da bildiyimiz kimi, insan ruhu sudan, xüsusilə də axar sulardan böyük zövq alır. Bir göl,  axar su və ya şəlalə, meşənin içindən axan bulaq insan ruhuna təsir edir. Sarayların, malikanələrin, villaların bağçalarında hovuzlar, fontanlar və ya axar sulara bənzəyən mənzərə yaratmağın məqsədi də ruhdakı bu estetik xüsusiyyətlərdən irəli gəlir. Bu estetik mənzərənin xoşa gəlməsinin başlıca səbəbi insan ruhunun cənnətə görə yaradılmış olmasıdır. Başqa bir ayədə bu gözəlliklər belə ifadə edilir:


    “O cənnətdə fəvvarə verib qaynayan iki bulaq vardır” (“Rəhman” surəsi, 66).


    Axan suyun təsviri, çıxardığı səs insanın qəlbinə  rahatlıq və sevinc gətirir. Yüksəklikdən tökülən suların görünüşü və gur səsi ruha ləzzət verir, insanın Allah`a şükür etməsinə və Onun adının ucaltmasına vəsilə olur. Su xüsusilə də təpələrdən, ağac və yaşıllıqların arasından axırsa və yaxud da qayaların üzərindən süzülürsə, ortaya olduqca gözəl bir mənzərə çıxır. Su ya töküldüyü yerdə dayanır, ya da kiçik hovuzlar əmələ gətirərək birindən digərinə axıb gedir. Davamlı axan su əbədiyyətin və tükənməyən bir bolluğun əlamətidir.


    “Allah`dan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar” (“Hicr” surəsi, 45) ayəsindən də anladığımız kimi, möminlər cənnətdə bu cür yerlərdə yaşayacaq və bundan zövq alacaqlar. Bir başqa ayədə isə “Həqiqətən, müttəqilər kölgəliklərdə və çeşmələr başındadırlar” (“Mürsəlat” surəsi, 41) şəklində bildirilir. Bəhs edilən kölgəliklər (ən doğrusunu Allah bilir) oturmaq və gözəlliklərə tamaşa etmək məqsədilə xüsusi olaraq yaradılmış bir məkan ola bilər. Cənnət guşələri kimi kölgəliklər də yüksəklərdə qurulmuşdur. Beləcə, yüksək yerlərdən gözəlliklərə tamaşa edilir, bir çox xüsusiyyətlər eyni anda görünür. Kölgəliklər möminlərə zövq almaq üçün yaradılan, hər çeşid ərzaq və meyvənin yeyiləcəyi, cənnətə xas içkilərin içiləcəyi, möminlərin bir yerdə söhbət edəcəkləri və birlikdə əylənəcəkləri məkanlardır. Bu kölgəliklərin bulaq başında, insanın ruhunun daha çox xoşladığı yerlərdə qurulması buraların cazibədarlığını artırır. Bu bulaqlardan tərtəmiz, dadlı və içənlərə ləzzət verən sular fışqırır.


    Cənnətə xas bir başqa gözəllik isə sözü ayədə gedən bağçalardır. “Şüəra” surəsinin 22-ci ayəsində bəhs edilən cənnət bağçaları sadəcə olaraq yalnız möminlər üçün hazırlanmışdır. Bağçaların əsas xüsusiyyəti özündə bir çox təbii gözəllikləri cəm etməsidir. Bu bağçalarda dünyanın müxtəlif bölgələrində yetişən ən nəfis və ən gözəl ətirli bitkilərin bənzərləri və bunlar kimi sonsuz çeşidi yetişir, insanın tanıdığı və tanımadığı bir çox heyvan bir yerdə yaşayır. Bağçalar, müxtəlif hündürlükdəki ağaclar, o qədər yaşıldır ki, qaraya çalır (“Rəhman” surəsi, 64). Sahələr, bitkilər və çiçəklər bəzi yerlərdə hovuz və fəvvarələrlə süslənmişdir. Kənarda görünən ağacların bir qismi də meyvə ağaclarıdır və onların budaqları cənnətin bolluğunu göstərirmiş kimi barın ağırlığından yerə doğru əyilmişdir (“Vaqiə” surəsi, 28). Onlar tikansız sidr ağacları, salxım-salxım sallanan möüz (banan) ağacları altındadır. Yaşıllıqlar dəniz və ya gölə qədər aramsız davam edir. Bəzi ağaclar suların olduğu yerlərdən də çıxa bilir.


    Bütün bu saydıqlarımız cənnətə xas gözəlliklərin ayələr işığında anlaya bildiyimiz ən böyük bölümüdür. Bir qismi dünyadakıları xatırladan, bir qismi isə heç bir nəfsin görüb-bilmədiyi qollu-budaqlı ağacları olan cənnətin (“Rəhman” surəsi, 48) meyvəsi və gözəllikləri təsəvvür və ifadə imkanları xaricindədir. Bilmək lazımdır ki, bizim xəyal gücümüzün xaricində və Allah`ın sonsuz elmi ilə hazırlanmış bir çox gözəllik və sürpriz də cənnətdə möminləri gözləyir. Xüsusilə “...Rəbbinin dərgahında onlar üçün istədikləri hər şey olacaqdır. Budur ən böyük fəzl və nemət...” (“Şüəra” surəsi, 22) ayəsində bildirildiyi kimi, bütün təbii gözəlliklər də daxil olmaqla, cənnətdəki hər şey möminin arzusu ilə gerçəkləşəcək (ən doğrusunu Allah bilir).

  • Sonsuz ləzzət

    “Etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin və için” (“Mürsəlat” surəsi, 43).


    Ayələrdə cənnət əhlinin ən gözəl yeməklərlə və müxtəlif içkilərlə nemətləndirildiyi bildirilir. İnsan cənnətdə dünyadakı acizliklərdən təmizləndiyi üçün bu ayələrdən yeyib-içməyin ancaq zövq almaq üçün yaradıldığını başa düşürük.


    Dünyada iman gətirib saleh əməllər edən və səyləri Allah tərəfindən şükür etməyə layiq bilinən möminlər üçün cənnətdə hazırlanmış yeməklər dünyadakılara çox bənzəyir. Cənnət əhli bu oxşarlığı belə ifadə edir:


    “İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün altından çaylar axan cənnətlər vardır. O cənnətlərin meyvələrindən ruzi yedikləri zaman: “Bu, bizim əvvəlcə yediyimiz ruzidir”, - deyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə yalnız zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar  orada əbədi qalacaqlar” (“Bəqərə” surəsi, 45).


    Həqiqətən də dünyada insan nəfsinin çəkdiyi həm görünüş, həm də dadına görə zövq verən yüzlərlə çeşiddə yemək var. Bu yeməklərin bənzərlərini cənnətdə möminlərə zövq vermək üçün yaradılması, şübhəsiz ki, Allah üçün çox asandır. Ancaq bunlar dünyadakı kimi insana fiziki sıxıntılar (köp, ishal, qəbizlik hissi və s.) yaratmaz. Allah cənnət əhlinə: “Dünyada etdiyiniz yaxşı əməllərə görə nuşcanlıqla yeyin-için” (“Mürsəlat” surəsi, 43) - şəklində səslənir. Bu, Allah`ın bir mükafatıdır. Allah yeyib-içməyi cənnət əhlinə hesabsız ruzi olaraq zövqlü və həzli etmişdir.


    Cənnətə qovuşmaq üçün insanlar dünya həyatında imtahan edilirlər. İman gətirənlər də dünyadakı həyatları boyunca Rəbbimizin rizasını qazanmaq üçün ciddi fəaliyyət və üstün bir səy göstərmiş, könüldən ona tərəf yönəlib, davamlı şükür, dua və tövbə etmişlər. Rəbbimiz də bu əməllərinə əvəz olaraq cənnət nemətlərini: “Dünyada etdiyiniz yaxşı əməllərə görə”, - deyərək verir (“Mürsəlat” surəsi, 43).


    Qurani-kərimin bizlərə bildirdiyi cənnət ruzilərinin başında qida növü olan ət gəlir. Allah cənnətdəki möminlərə onların istədikləri meyvə və ətlərdən bol-bol (“Tur” surəsi, 22) verdiyini, istədikləri hər cür quş ətindən də (“Vaqiə” surəsi, 21) orada onlara veriləcəyini bildirir. Üstəlik, orada möminlərin ruzilərinin bitib-tükənməz (“Sad” surəsi, 54) olduğu bildirilir. Çünki möminlər cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar (“Mömin” surəsi, 40).


    İstənilən yeməkdən istənilən qədər yeyilə bilər. Bu yemək nə tükənir, nə də insan doyaraq rahatsız olmaq vəziyyətinə düşür. Cənnətdəki ruzilərdən Qurani-kərimdə haqqında bəlkə də ən çox danışılanı meyvələrdir. İstək duyulub arzulanan hər növ meyvə orada möminlərə bəxş olunacaq. Üstəlik, cənnət ağaclarının kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (“İnsan” surəsi, 14).


    Ayədən də anlaşıldığı kimi, cənnət meyvələri təbii şəraitdə ağaclarda bitir və möminlər də onları orada asanlıqla dərərək yeyə bilərlər. “Vaqiə” surəsinin 28-29-cu ayələrində “salxım-salxım sallanmış banan ağacları altında” ifadələri işlədilərək meyvələrin dərilməsinin asanlığına və cənnətin bərəkətinə və bolluğuna işarə edir.


    Meyvələr o qədər bol və bərəkətlidir ki, ağacların budaqları onları saxlaya bilmir. Sallanmış və aşağı dikilmiş bu budaqların meyvələrini dərmək asandır. Cənnət meyvələri möminlərə onlar taxtlar üzərində əyləşib söhbət edərkən gümüş və qızıl qablarda təqdim edilir. Şübhəsiz ki, bu meyvələrin bu dünyada insana rahatsızlıq verən çəyirdəyi, çürüklük və əziklik kimi nöqsanları cənnətə layiq şəkildə ortadan götürülmüşdür. Onların hamısı nöqsansız və cəlbedici bir gözəlliyə sahib olaraq möminlərə təqdim edilər.


    Meyvələr bir yandan da cənnətin gözəlliyinə ayrı bir rəng və estetik gözəllik verir. Hər növdən olan meyvə ilə dolu ağacların rəngarəng görünüşü cənnətin möhtəşəm mənzərəsini daha da gözəlləşdirir. Cənnətdəki hər şey insanın gözünü özünə çəkən estetik bir görünüşə malikdir. Bu görüntülər Allah`ın sənət və qüdrətinin bir göstəricisi olaraq həm də şükürə bir vəsilədir.

    Yaradılan bu qədər gözəl yemək və meyvələrlə birlikdə, əlbəttə ki, içkilərin olması da arzu edilir. Ayələrdə bu içkilərdən də bəhs edilir. Məsələn, bu hadisə bir ayədə “qaynaqdan doldurulmuş şərab piyalələri ilə ətraflarında dolanacaqlar” (“Saffat” surəsi, 45) şəklində verilib. Möminlər üçün cənnətdə gözəl, ətirli, təmiz, möhürlü şərab  (“Mütəffifin” surəsi, 25-27) hazırlanmışdır. Ayələrdə bildirildiyi kimi, bu içkilər, eyni zamanda, gözəl qoxuludur. Şübhəsiz ki, bu şərab dünyada olanlara bənzəmir və cənnət əhlini sərxoş etməyəcək, onu içənlərin şüurunu qarışdırmayacaq. Allah cənnətdə içkilərin qədəhlərlə verildiyini və bu içkilərdən başların ağrımayacağını, möminlərin ağlının başından çıxmayacağını ayələrdə bildirir. Bu xidməti edənlər isə Allahın xüsusi olaraq vəzifələndirdiyi cavanlardır.
  • Cənnətdə möminlərin yaşadığı yerlər

    “Allah mömin kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah`dan olan bir razılıq isə  daha böyükdür. Bu, böyük qurtuluşdur!” (“Tövbə” surəsi, 72)


    Möminlərin dünya həyatlarını yaşadığı evlər əvvəlki səhifələrdə bildirdiyimiz kimi, Allah öz adının zikr edilməsinə izn verdiyi evlərdir (“Nur” surəsi, 36) və yenə Allah`ın əmri üzrə tərtəmiz tutulan və xüsusi diqqət yetirilən yerlərdir. Cənnət evləri də buna bənzəyərək möminlərin Allah`ı andığı və ona şükür etdiyi tərtəmiz məkanlardır. Möminlərin yaşadığı gözəl məskənlər, evlər, guşələr əvvəlki bölümdə təsvir edilən təbii gözəlliklərin içində qurulacaq və son dərəcə müasir, üstün bir texnoloji və estetik memarlığa sahib şəhərlərdə inşa edilmiş evlərdən daha üstün olacaq. Qurani-kərimdə təsvir edilən evlər başlıca olaraq təbii gözəlliklərin içində inşa edilmişdir. Bunu bildirən ayə belədir:


    “Lakin Rəbbindən qorxanları cənnətdə bir-birinin üstündə tikilmiş otaqlar, behiştin yüksək məqamları gözləyir. Onların altından çaylar axar. Bu, Allah`ın vədidir. Allah vədə xilaf çıxmaz” (“Zumər” surəsi, 20).


    Cənnətdə taxtların (köşklərin) yüksəklərdə olması qarşıdakı və aşağılardakı mənzərəyə baxılarkən çoxlu sayda gözəllikləri əhatə etməyə imkan verir. Beləliklə də bir çox gözəllikləri eyni vaxtda gözdən keçirmək imkanı yaranır. Yüksəklik dəyişdikcə mənzərənin gözəlliyi də dəyişir. Hər metr fərqi ilə görünən gözəlliklər bir-birini təkrarlamayacaq. Cənnətdə bəzi köşklər daha yüksəkdə, bəziləri nisbətən aşağıda ola bilər. Beləcə, hər birinin mənzərəsini və bu mənzərələrdən alınacaq zövqlərin fərqli olması ortaya çıxacaq.
    Ayədə bəhs edilən yüksək yerlərdə qurulmuş köşklərin altından sular axar. Bu mənzərəyə tamaşa üçün geniş pəncərəli, ya da dörd tərəfi güzgülərdən inşa edilmiş salonlar ola bilər. Beləcə, insan ruhunun ən çox zövq alacağı şəkildə tikilmiş evlərdə, taxtlar üzərində və ən gözəl meyvə və içkilərlə onlara ruzi verilər. Möminlər yüksəkliklərdən baxaraq bir-birindən möhtəşəm mənzərələri izləməklə zövq alarlar.


    Cənnətdə köşklərin tikintisi və döşəməsi ən keyfiyyətli materiallardan, ən gözəl rənglərdən istifadə olunmaqla həyata keçirilib. Rahat qoltuqları, qarşılıqlı oturacaqları olan taxtlar vardır. Möminlər qızıl-gümüşlə, ləl-cavahiratla bəzədilmiş taxtlar üzərində oturacaqlar. “Bəzənmiş taxtlar üstündə qərar tutacaq; olara  söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər” (“Vaqiə” surəsi, 15-16) və “Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda...” (“Tur” surəsi, 20) şəklindəki ayələrdən də anlaşıldığı kimi, taxtlar zənginlik, möhtəşəmlik və qüdrət simvoludur. Allah sonsuz cənnət nemətlərini nəsib etdiyi möminlərə beləsini layiq görmüşdür. Onlar cənnətdə taxtlar üzərində əyləşəcəklər. Bu halda, möminlər Allah`ı davamlı anarlar. Bunu xəbər verən ayələrdə belə buyurulur:


    “Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklər və incilərlə bəzənəcəklər və libasları da ipəkdən olacaq”. Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun. Həqiqətən, Rəbbimiz bağışlayan və qədirbiləndir. Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizi  iqamətgahda yerləşdirdi. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır” (“Fatir” surəsi, 33-35).


    Möhtəşəm taxtlar üzərində oturan möminlər ətraflarına tamaşa edəcəklər (“Mütəffifun” surəsi, 23). Dünyada gördüyü gözəl bir mənzərənin, gözəl bir görüntünün qarşısından ayrılmaq istəməyən insan üçün cənnətdəki möhtəşəm mənzərə və gözəlliklərin sadəcə olaraq seyr edilməsi belə böyük bir ziyafət, böyük bir nemətdir. Möminlərin baxıb seyr etdikləri bir əyləncə və ya bir təntənəli mərasim də ola bilər.


    Dünyanın yaradılışından sonuna qədər yaşamış, ya da yaşayacaq möminlərlə bu zövqləri və gözəllikləri bölüşmək də yalnız cənnətə xas olan bir nemətdir. Məsələn, hz. Musa, hz. İsa ilə və yaxud da saleh mömin və səhabələrlə qarşı-qarşıya taxtlarda oturub söhbət etmək, birlikdə Allah`ı anmaq insana bu dünyada nəsib olacaq bir zövq deyildir. Bu zövq ancaq cənnətə məxsusdur. Cənnətdə möminlərin dilədiyi hər bir şey yaradılacaqdır. Allah diləklərinin onların özlərinə çatdırılması üçün xüsusi xidmətçilər təyin etmişdir. Ayədə belə bildirilir: “Onların ətrafında xidmət üçün özlərinə məxsus olan sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqdır” (“Tur” surəsi, 24). Allah`ın cənnətə layiq gördüyü möminlər son dərəcə dəyərli və seçilmiş insanlardır. Möminlərin xidmət edilənlərdən, hörmət və şərəfə nail olanlardan (“Saffat” surəsi, 42) olmaları da Allah`ın onlara verdiyi böyük dəyəri göstərir. Möminlərə xidmət etmək üçün yaradılan xidmətçilər möminlərin arasında dolaşarlar. Möminlərin bir sözü iki ola bilməz. Onlara davamlı, aramsız xidmət və ehtiram edilər. Qurani-kərimdə cənnətliklərə xidmət üçün yaradılmış cavanlardan belə bəhs edilir:


    “Onların dövrəsində həmişəcavan oğlanlar olacaq. Onları gördükdə sanki ətrafa (səpilmiş inci olduqlarını zənn edərsən)” (“İnsan surəsi”, 19).


    Cənnətdə möminlərin dilədiklərinin dərhal yaradılması ilə yanaşı, nemətlərin belə qüsursuz xidmət və ehtiram içində olması da görkəmli gözəllik yaradır. Xidmət zamanı istifadə olunan əşyalar da çox dəyərli, keyfiyyətli və cəlbedicidir. Ayələrdə qızıl və gümüş qablardan istifadə edildiyi bildirilir:


    “(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur  ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər” (“İnsan” surəsi, 15-16).


    “Onlar üçün qızıl teştlər və qədəhlər içində (yemək-içmək) dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaq. Siz orada əbədi qalacaqsınız” (“Zuxruf” surəsi, 71).


    Möminlərin dünyadakı məqsədlərindən biri də Qurani-kərimdə tərif edilən cənnət nemətlərinə, cənnət həyatına dünya həyatında ikən yaxınlaşmaqdır. Cənnətdəki qiyafələrin, paltarların və qumaşların mükəmməl olduğunu ayələrdən görürük. Allah dünyada geyinməyi insanlara öyrədərək onların həm örtünməsini, həm də gözəl və şıq geyinməsini istəmişdir. Bu durumu açıqlayan ayə belədir:


    “Ey Adəm oğulları, sizə ayıb yerlərinizi örtəcək bir geyim və bəzəkli libas  nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Bu, Allah`ın ayələrindəndir ki, bəlkə (onunla öyüd-nəsihətə qulaq asasınız)” (“Əraf” surəsi, 26).


    Allah “Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki Allah İsraf edənləri sevməz” (“Əraf” surəsi, 31) ayəsi ilə iman edənlərə təmiz qiyafətlər geyinməsini tövsiyə etmişdir. Əslində, cənnətdə möminlərə geyindiriləcək qiyafətlər də dünyada olanlardan qat-qat əzəmətli və cəlbedicidir. Qurani-kərimdə xüsusilə cənnətdə olan iki qumaşa - ipəyə və atlasa diqqət çəkilmişdir. Bir ayədə cənnətdəkilər üçün “Taftadan və atlasdan  libaslar geyib qarşı-qarşıya əyləşəcəklər” (“Duxan” surəsi, 53) deyə bildirilir. Bu iki qumaş  dünya standartlarına görə  az tapılan, bahalı və çox keyfiyyətli qumaşlardır. Bunlardan tikilən paltarlar  onları geyinən insana estetik zövq verdiyi kimi, seyr edən insana da zövq verəcəkdir. Bu paltarların gözəlliyi və möhtəşəmliyi onları geyinənlərin nöqsansızlığı ilə bütövləşər, nəticədə, ortaya gözəl mənzərə çıxar.
    Əlbəttə ki, cənnətdəki qumaşların, geyimlərin hamısı bu ikisi ilə bitmir. Allah bu böyük mükafatı nəsib etdiyi möminlərə daha neçə gözəl qumaşlardan neçə gözəl paltarlar geydirəcəkdir. Belə ki, bizim bilmədiyimiz qumaş növlərindən paltar orada ola bilər.


    Qurani-kərimdə bizə bu gözəl paltarların bəzi bəzəklərlə süsləndiyi və cazibədarlığının artırıldığı xəbər verilir. Bu bərbəzəkdən xüsusilə diqqəti çəkənlər qızıldan və gümüşdən olan bilərzik və incilərdir. Məsələn, “Həcc” surəsinin 23-cü ayəsində “...Onlar orada altun və incilərlə bəzənəcəklər, orada libasları da ipəkdən olacaqdır!” şəklində bildirilir. Bir başqa ayədə isə “Əyinlərində ipəkdən və atlasdan yaşıl libaslar olacaqdır. Onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərbət içirdəcəkdir (“İnsan” surəsi, 21) şəklində bildirilir. Beləcə, gözəl geyimlər gözəl bərbəzəklə tamamlanmış və möminlərin zövqünə uyğunlaşdırılmışdır. Cənnətdəki çeşid-çeşid incəlik və cəlbedici gözəlliklər Allah`ın sonsuz elminin və sənətinin bir nümunəsidir. Məsələn, taxtlar bərbəzəkli yüksəkliklərdə qurulmuş, nizamla düzülmüşdür. Libaslar ipək və atlasdandır. Qızıl və gümüş bərbəzəklər bu qiyafələri süsləmişdir.


    Allah Qurani-kərimdə cənnətlə əlaqəli çox incəlikləri qeyd etmiş, ancaq xəyallarımızın sərhədlərini açıq saxlayan ifadələr də işlətmişdir. Cənnətdə (ən doğrusunu Allah bilir) hər möminin öz zövqünə görə xüsusi olaraq təyin edilmiş müxtəlif nemətlər, mənzərələr və çeşid-çeşid məkanlar olacaqdır. Sözsüz, Allah cənnətə layiq və cənnət əhli etdiyi dəyərli möminlərə Qurani-kərimdə bildirdiyi nemətlərlə yanaşı, daha neçə-neçə sürprizlər hazırlamışdır.

  • Cənnətdəkilərin zövcələri

    “İman gətirən və yaxşı işlər görən şəxsləri altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daimi rahatlıq verən sıx kölgəlikdə yerləşdirəcəyik” (“Nisa surəsi”, 57).


    Cənnət sonsuz  həyatın davam edəcəyi, Allah`ın iman etmiş saleh qullarına mükafat olaraq hazırlanmış möhtəşəm  məkandır. Cənnət Qurani-kərimdə təsvir edilərkən əvvəlki səhifələrdə də dediyimiz kimi, içində yaşanılacaq evlərdən, yeyiləcək yeməklərdən, içkilərdən, cənnət əhlinin geyimlərindən və cənnətə xas olan gözəlliklərdən bilgilər verilir. Eynən dünya həyatında olduğu kimi, cənnətdə də davam edən yaşanmış bir həyat vardır. Əlbəttə ki, bu həyat dünya ilə müqayisə edilməyəcək qədər mükəmməldir, ancaq əsas anlamda bənzəyirlər. Bu səbəblə, iman edənlər dünya həyatından axirət həyatına keçdikdə hər hansı bir çaşqınlıq, yadırğama və ya  uyğunlaşma çətinliyi ilə qarşılaşmayacaqlar.


    Bu sonsuz həyat içində, əlbəttə ki, möminlər dünya həyatında yaşadıqlarına bənzər bir yaşantı sürəcəklər. Yəni qüsursuz gözəllikdə yeyəcək, içəcək və geyimləri olacaqlar, möhtəşəm evlərdə qalacaqlar və əlbəttə ki, zövcələri də olacaqdır. Ayələrdə xəbər verildiyi kimi, Allah`ın onlara vermiş olduğu bir nemət olaraq gözəl zövcələrlə birlikdə cənnətə girəcək və sevinc içində yaşayacaqlar (“Zuxruf” surəsi, 70).


    Qurani-kərimdə tərif edilən cənnət qadınlarının önəmli bir xüsusiyyəti onların tərtəmiz olmalarıdır. Qurani-kərimdə bu “...orada onlar üçün pak zövcələr vardır...” (“Nisa” surəsi, 57) ifadəsi ilə bildirilir. Dünyaya aid bütün nöqsan, sıxıntı və ehtiyaclar cənnət həyatında tamamən ortadan qaldırılmışdır. Bu vəziyyətə işarə edən bir başqa ayədə: “Şübhəsiz ki, biz cənnət qadınlarını başqa cür (yaradacağıq)” (“Vaqiə” surəsi, 35) - deyə xəbər verilir. Bu yeni yaradılış cənnətə xas üstün və mükəmməl xüsusiyyətlərə, cənnətin mükəmməlliyinə uyğun bir yaradılış olacaqdır.


    Cənnətin qüsursuzluğuna və mükəmməlliyinə uyğun yaradılışı düşünəndə cənnətdəki qadınlar haqqında bu xüsusiyyətlər ağla gəlir: saçları hər zaman parlaq və tərtəmizdir. Dəriləri tərtəmiz və hamardır. Vücudlarından nəfis ətirlər yayılır (şübhəsiz ki, ən doğrusunu Allah bilir). Bir hədisdə bu qadınlardan belə bəhs edilir:


    “Əgər cənnət qadınlarından bircəsi dünyaya gəlsəydi, dünyanın hər tərəfini (günəş kimi) aydınladar və dünyanı gözəl ətirlə doldurardı” (Rəsuli-Əkrəm (s.ə.v), 72).
    Cənnətdə möminlərin evləndirildiyi qadınların digər bir xüsusiyyəti sadəcə onlar üçün yaradılmış həmyaşıd (“Sad” surəsi, 52) olmalarıdır. Qurani-kərimdə cənnətdəki qadınlar “onların yanında gözəl, iri gözlü, baxışları yalnız (ərlərinə dikilmiş) zövcələr olacaqdır” (“Saffat” surəsi, 48) şəklində xəbər verilir. Başqa bir ayədə bu durum belə ifadə edilir:


    “O cənnətdə gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins  toxunmamış qadınlar vardır” (“Rəhman” surəsi, 56).


    Bəzi ayələrdə deyildiyi kimi, sanki örtülü yumurta kimi (“Saffat” surəsi, 49), ya da sədəf içində gizlənmiş inci (“Vaqiə” surəsi, 23) kimi olmaları da bu qadınların sadəcə ərləri üçün yaradılmış və qorunmuş olduqlarını düşünməyə sövq edir. “Örtülü” ifadəsi onlara toxunmağın çətin, özlərinin isə qiymətli olduğunu göstərir. “Yumurta” və “inci” bənzətmələri ilə isə dərilərinin parlaq və hamar olmasına işarə edilməsi mümkündür (ən doğrusunu Allah bilir).


    Sadəcə olaraq özünə aid olan, yalnız özünə bağlılıq və sevgi göstərən qadına duyulan istək insanın ruhuna çox zövq verən bir duyğudur. Şübhəsiz ki, bu güclü duyğunun qaynağı mömin ruhunun cənnətə görə yaradılmış olmasıdır. İnsan ruhu gözəl danışmaqdan, iltifat etməkdən və hörmət görməkdən çox zövq alır. “Baxışlarını yalnız ərlərinə çevirmiş” cənnət qadınları ilə bu istək artıqlaması ilə yerinə yetirilir. Allah “Rəhman” surəsinin 70-ci ayəsində cənnət qadınlarını xoş xasiyyətli şəklində tərif etmişdir.


    Möminlərin qadınlarının sadəcə olaraq ərləri üçün yaradılmasının başqa bir göstəricisi isə “çadırlarda gözlərini (yalnız ərlərinə) dikmiş hurilər vardır” (“Rəhman” surəsi, 70) ayəsindən də anlaşıldığı kimi, bu qadınların xüsusi şəkildə qorunmasıdır. Necə ki, bir başqa ayədə “onlara ərlərindən əvvəl heç bir ins-cins toxunmamışdır” (“Rəhman” surəsi, 74) şəklində bildirilir. “Vaqiə” surəsinin 36-cı ayəsində isə: “Onları bakirə qızlar etdik”, - deyilərək bu ifadə təsdiqlənir. Allah cənnətdəki möminləri və onların zövcələrini kölgəliklərdəki taxtlar üzərində sevinc və xoşbəxtlik dolu bir həyatda (“Yasin” surəsi, 55-56) təsvir edir.


    Cənnətdə bütün möminlərin zövcələri vardır, hamısı da onların arzuladığı xüsusiyyətlərə sahib olaraq mükəmməl bir biçimdə yaradılmışlar. Ərlərini sevmələri (“Vaqiə” surəsi, 37) o qadınların dünyadakı cahiliyyə xüsusiyyətlərini daşımadığını göstərir, onların var-dövlət əldə etmə, gələcəyinin dərdini çəkmə kimi niyyətlərə deyil, sadəcə Allah rizasına söykənən bir sevgiyə bağlı olduqlarına işarə edir.


    Cənnətə xas bir xüsusiyyət olaraq Allah qadınların sima gözəlliyinə: “Cənnətlərin hamısında  xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır” (“Rəhman” surəsi, 70) - deyərək diqqət çəkir. Qadınların üzündə ruhi təmizliklərini göstərən daxili gözəlliyin parıltısı var. Bu ifadə ilə görünüş olaraq son dərəcə simmetrik, orijinal, qüsursuz və hamar  üzə sahib olduqlarına işarə edilməsi mümkündür. Bu orijinallıq gözün rənginə, burunun quruluşuna, çənəyə, almacıq sümüklərinə, qısası, üzün hər bölümünə aiddir. Necə ki, ayədəki “...Biz onları iri gözlü hurilərlə evləndirəcəyik” (“Tur” surəsi, 20) şəklindəki xatırlatma ilə üz gözəlliyinə və gözlərə diqqət edilmişdir.


    Həqiqətən də, taxtlar üzərində, ya da kölgəliklərdə qarşı-qarşıya oturub söhbət edərkən baxışlar üzə dikiləcək. Qarşımızdakı ilə danışarkən onun üzünə baxarıq. Allah`ın anıldığı gözəl yerdə xoş söhbətlər içində olan, cəlbedici şeyləri anladan çox gözəl üzlü bir hurini dinləmək, onunla söhbət etmək insana müqayisəedilməz dərəcədə böyük zövq verəcəkdir.
    Cənnət qadınlarının nöqsansızlığı, əlbəttə ki, yalnız simaları ilə bitmir. Onlar başdan-ayağa möhtəşəm və fərqli yaradılmışlar. “Nəbə” surəsinin 33-cü ayəsində “sinələri yenicə qabarmış həmyaşıd qızlar” deyilir. Həmyaşıd olduqlarına diqqət çəkilən digər ayədə “...onların yanında gözlərini yalnız ərlərinə dikmiş həmyaşıd zövcələr olacaqdır” (“Sad” surəsi, 52) ifadəsi keçir. Əbədi həyatda yaş məsələsi olmadığına görə, bu ifadə cənnətdəki qadınların və kişilərin bir-birinə çox uyğun yaradıldığını göstərir.


    Qurani-kərimdə cənnət qadınları üçün istifadə edilən bənzətmələrdən biri də yaqut və mərcandır (“Rəhman” surəsi, 58). Gözə son dərəcə xoş gələn bu zərif və qiymətli daşlar cənnət qadınlarının nəzəri cəlb edəcək gözəlliklərini vurğulayır. Yaqut və mərcan bənzətmələrindən hurilərin dərilərinin bəyazla qarışıq qırmızı rəngini tərif üçün istifadə edildiyi də düşünülə bilir.


    Qurani-kərimdəki bu cür bənzətmələr və xüsusi təsvirlər sayəsində möminlər Allah`ın onlar üçün necə möhtəşəm əvəz, qarşılıq, mükafat hazırladığını anlaya bilərlər, Allah`ın rizası, rəhməti və cənnətinə qovuşmaq üçün daha çox dua edər və bunları qazanmaq üçün daha çox çalışmağa səy göstərərlər.


    Unutmayaq ki, nemətlərlə dolu olan cənnət Allah`ın Qurani-kərimdə möminlərə bildirdiyindən kənarda təxəyyül edilməyəcək və insan düşüncəsinin həddinin fövqündə olan xüsusiyyətlərə sahibdir. Daha öncə heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi saysız nemətlər cənnətdə Allah tərəfindən möminlərə onların əməllərinə görə veriləcək.

  • Təxəyyül gücündən kənar cənnət

    “...Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız” (“Zuxruf” surəsi, 75).


    Qurani-kərimdə tərif, təsvir və bənzətmələr, cənnət nemətlərinin dünyadakılarına bənzəməsindən (“Bəqərə” surəsi, 25) bəhs edən mövzular əsasında cənnətin necə bir yer olacağı haqqında təsəvvür yaranır. Allah möminləri onların dünyada özlərinə tanıtmış olduğu cənnətə daxil edəcəkdir (“Muhəmməd” surəsi, 6). Beləcə, dünya həyatında Allah`ın izni ilə cənnətə dair bilgilər əldə etməyimiz mümkün olur. Ancaq bu bilgi sadəcə olaraq Allah`ın bizə öyrətdiyi və cənnəti təsvir və dərk etməyimizə vəsilə olan bir məlumatdır. Bundan kənardakı cənnət anlayışımızdan kənar gözəlliklərə və nemətlərə sahib olan bir məkandır.


    Qurani-kərimdə bəhs edilən: “Orada dadı dəyişməyən  sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır” (“Muhəmməd” surəsi, 15) misalı bizə cənnətin dünyadakılarla müqayisə edilə bilməyəcək mükəmməlliyə sahib olduğunu göstərir. Bu ayə insan ruhunda cənnətdə insanlara sürprizlər edildiyi fikrini oyadır.


    Allah bir ayədə cənnətdən belə bəhs edir:


    “Lakin öz Rəbbindən qorxanları altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir” (“Ali-İmran” surəsi, 198).


    Allah bu ayəsində cənnəti bir əyləncə və sevinc yeri olaraq tanıdır. Dünyanın sonu, imtahandan alnıaçıq çıxılması və Qurani-kərimdəki tərifi ilə əsl yurda, yəni əbədi qalınacaq yerin gözəl olanına çatması, şübhəsiz ki, sevinməyə və mükafata dəyən bir nəticədir. Bu sevinc öz müddəti, rəngarəngliyi ilə dünyadakı sevinclərin heç biri ilə müqayisə edilməyəcək qədər görkəmli olacaqdır. Əbədi həyatda bu cür əyləncələrlə, bitmək-tükənmək bilməyən müxtəlif nemətlərlə yaşamaq yalnız cənnətə məxsus vəsflərdəndir. Yorulmamaq... Qurani-kərimdə bu mükəmməllik cənnətdəki möminlərin dilindən belə buyurulur:


     “...Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır” (“Fatir” surəsi, 35).


    Əlbəttə, bu yorğunluğa zehni yorğunluq da daxildir. Dünyəvi həyatda insan bədəncə zəif yaradıldığından tez yorulur. Yorulanda isə zehni bulanmağa başlayır, müvazinəti itir, sağlam düşünməsi çətinləşir, ağlı zəifləyir. Bu durum, əslində, cənnətdə olmayacaq. Möminin zehni Allah`ın nemətlərini nöqsansız görməsi və bunlardan zövq ala bilməsi üçün hər zaman açıq, şüuru isə iti olacaqdır. Dünyanın nöqsanlarından biri olan yorğunluq hissi ortadan qaldırılacağı üçün möminlərin sonsuz nemətlərdən vasitəçilərsiz istifadə edə bilməsi mümkün olacaqdır. Ayələrdə də bildirildiyi kimi, cənnət nemətlərindən nöqsansız bir həzz alınacaq və bir nemətdən digərinə keçiləcəkdir.


    Yorğunluğun və usanmanın olmadığı bir yerdə Allah möminlərin hər dilədiklərini (“Şüəra” surəsi, 22; “Furqan” surəsi, 16; “Zumər” surəsi, 34) yaradaraq onları mükafatlandırmaqdadır. Arzuladıqları ağla gələ biləcək hər şey orada möminlər üçün nazil olacaqdır. Allah “orada onlar üçün istədikləri hər şey var” (“Qaf” surəsi, 35) ayəsi ilə insanın istəyə və xəyal edə biləcəyindən də artığını verəcəyini, nemətlərin cənnətdə qat-qat artırılacağını bildirir.


    İnsanı yaradan Allah onun nəfsinin istəyə biləcəklərini, şübhəsiz ki, ondan daha yaxşı bilir. Bunları bir mükafat olaraq möminlər üçün cənnətdə yaradacaqdır. Qurani-kərimdə bu nemətlərin bir qismi insanlara bildirilmiş, qalanları isə hər kəsin zövqünə, arzularına və xəyalının gücünə buraxılmışdır. Əslində, bütün möminlər oxşar şeylərdən xoşlanırlar, fərq incə detallardadır. İnsan dünyəvi şərtlər çərçivəsində qeyri-mümkün kimi görünən bir çox nemətləri və ya haqqında bilmədiyi nemətləri Rəbbimizdən istəyə bilər. Cənnətin bu əvəzsiz gözəlliklərini təsvir edən bir başqa ayə isə belədir:


    “Cənnətdə onlar üçün qızıl teştlər və qədəhlər içində yemək-içmək dolandırılacaqdır. Orada onların ürəkləri istəyən və gözlərini oxşayan hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız” (“Zuxruf” surəsi, 71).


    Bu ayədən anlaşılan məsələ mömini orada sürprizlərin gözləməsidir. Mömin gördüyü şeylərə sevinəcək, bunlardan zövq alacaqdır. Digər möminlərin zövq aldıqlarını, gördüklərindən və yaşadıqlarından xoşlandıqlarını görmək də, şübhəsiz ki, mömin üçün ayrı bir xoşbəxtliyə vəsilədir.


    Unutmaq olmaz ki, doğruluq məkanı olan cənnətin ən böyük nemətlərindən biri də cəhənnəm əzabından qorunmuş olmaqdır (“Duxan” surəsi, 56). İstəyəndə cəhənnəmi görə bilən, cəhənnəm xalqı ilə danışa bilən möminlər üçün bütün bunlar böyük bir şükürə vəsilə olmaqdadır. İman gətirənlərin Allah`a necə şükür etməsi Qurani-kərimdə belə xəbər verilir:


    “Və belə deyəcəklər: “Biz bundan əvvəl ailəmiz içində olarkən  qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub  bizi cəhənnəm  əzabından qorudu. Biz bundan əvvəl  Ona ibadət edirdik. Şübhəsiz ki, O,  kərəm sahibidir, rəhm edəndir!” (“Tur” surəsi, 26-28)


    Qurani-kərimdə cənnətin müxtəlif dərəcələri və ya fərqli bölümləri bildirilir. Bu dərəcələr Ədn, Məva, Firdövs, Nəim cənnətləri olaraq göstərilir. Bu isimlər öz daxillərində müxtəlif zövqlərin alınacağı cənnətin bir-birindən fərqli bölümlərini təsvir edir (ən doğrusunu Allah bilir). “Taha” surəsinin 75-ci ayəsində də deyildiyi kimi, kim Rəbbinin hüzuruna iman gətirib yaxşı əməllər etdiyi halda gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir.


    Cənnət elə bir məkandır ki, Qurani-kərimdə tərifi ilə desək, orada hara baxsan, nemət və böyük bir mülk görərsən (“İnsan” surəsi, 20). Burada hər bir yerdə böyük gözəlliklər və nemətlər vardır. Hər yer və ya hər guşə Allah`ın bənzərsiz elmi sayəsində saysız nemətlərlə doldurulmuşdur. Yalnız və yalnız Allah`ın rəhm edib bağışladığı və cənnətinə daxil edilən möminlərə xas olduğu vacib sayılmış olaraq...
    Allah ayələrdə cənnətdəki möminlərin vəziyyətini belə tərif edir:


    “Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər” (“Hicr” surəsi, 47).

    “Onlar o cənnətlərdə əbədi qalıb oradan ayrılmaq  istəməyəcəkdir” (“Kəhf” surəsi, 108).

  • Bütün nemətlərin ən üstünü: Allahın razılığı

    “Allah mömin kişilərə və qadınlara  altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah`dan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük uğur və qurtuluşdur” (“Tövbə” surəsi, 72).


    Əvvəlki səhifələrdə cənnətdə olan nemətlərin gözqamaşdırıcı olduğunu birlikdə incələdik. Ortaya çıxan mənzərə cənnətin insanın beş duyğu üzvünə ən böyük zövq və ləzzəti daddırdığını göstərir. Lakin cənnətin bütün bunlardan daha çox üstün olan neməti Allah`ın rizasıdır. Möminin Allah rizasını qazanmasından dolayı hiss etdiyi sevinc və xoşbəxtlikdir. Sonra Allah`ın verdiyi hər şey üçün ondan razı olmağın, ona daim şükür etməyin verdiyi əsl sevincdir. Qurani-kərimdə cənnət əhlinin vəsfi bu şəkildə diqqəti çəkir:


    “Allah onlardan, onlar da Allah`dan razıdırlar. Bu, möminlər üçün böyük uğur və qurtuluşdur” (“Maidə” surəsi, 119).


    Möminlərin Allah`ın rizasını qazandıqlarını hiss etməsinin ən qabarıq ifadəsi isə Allah`ın onlara görünəcək şəkildə təcəlli etməsidir. Dünyada bu durum qeyri-mümkündür. Çünki gözlər onu görüb dərk etməz... (“Ənam” surəsi, 103). Ancaq Qurani-kərimdə bildirildiyinə görə, Allah axirətdə mömin qullarına aydın bir şəkildə təcəlli edərək görünəcəkdir. Bunun necə olacağı isə Allah dərgahındadır. Ancaq ayələrdə keçən ifadələrə görə, məhşər günü Allah səkkiz mələyin daşıdığı ərşində möminlərin qarşısına gələcəkdir (“Haqqə” surəsi, 17). O an möminlərin üzləri sevinib güləcək, öz Rəbbinə baxacaqlar (“Qiyamət” surəsi, 22-23). Sonra rəhmli Allah`dan onlara “salam” deyiləcəkdir (“Yasin” surəsi, 58). İçində olduqları həqiqət məqamı Allah`ın ali məqamıdır və möminlər burada haqq məclisində qadir hökmdar Allah`ın hüzurunda olacaqlar (“Qəmər” surəsi, 55).


    Bütün bunlar möminlərin Allah`ın rəhmətini və rizasını öz üzərində hiss etməsi mənasına gəlir ki, ən böyük nemət də elə budur. Allah`ın rizasını qazanmaq heç bir maddi gözəlliklə müqayisə edilməyəcək qədər böyük bir sevinc və xoşbəxtlik gətirir. Əslində, cənnətin digər nemətlərini qiymətli edən şey yenə də Allah`ın rizasıdır. Çünki eyni nemətlər dünyada da qismən var və var ola bilər. Amma Allah`ın rizası daxilində olmadıqda onların mömin üçün bir mənası olmaz.


    Bu məqam son dərəcə önəmlidir və iman gətirənlərin bu haqda ciddi düşünməsini tələb edir. Çünki neməti qiymətli edən onun içində daşıdığı ləzzət və zövqün xaricində olan bir şeydir. Əsl dəyər o neməti Allah`ın lütf etməsidir. O nemətdən istifadə edib şükür edən mömin Allah`ın ikramı ilə nemətləndirildiyini, Allah`ın onu sevdiyini, qoruduğunu və ona rəhmətindən daddırdığını hiss edər ki, əsl həzzi də bundan alar. Nemət məqsəd deyil, vasitədir. Nemət insanın Allah`a daha çox şükür etməsini davam etdirmək üçün mövcuddur. Dolayısilə, cənnətin bütün nemətləri yenə də bir vasitədir. Cənnətdəki möminlər əbədi olaraq Allah`a şükür etsinlər deyə yaradılmışdır. Onları qiymətli edən ən önəmli şeylərdən biri də budur. Qısası, cənnətdəki nemətlər insanın Allah`a yaxınlaşması, Onun əbədi dostluğunu, sevgi və razılığını qazanmağın əvəzsiz zövqünə çatması üçün bir vəsilədir. Elə bu səbəblə də Allah`ın rizası cənnətin ən böyük nemətidir. Və bütün maddi zövqlərdən üstündür.


    Cənnətdəki diqqəti cəlb edən nemətlərdən biri olan və Qurani-kərimdə də tez-tez vurğulanan gözəl qadınları (huriləri) nəzərə alaq. Bu qadınlar estetik düşüncənin əslini təmsil edirlər və son dərəcə cəlbedicidirlər. Onlarla birlikdə olmaq öz-özlüyündə böyük bir nemətdir. Necə ki, Qurani-kərimdə bu, təşviq edilir. Onların üzlərinin, dərilərinin və hətta kökslərinin gözəlliyinə diqqət çəkilir. Allah yaratdığı ən böyük maddi nemətlərdən biri olan cinsi münasibət bu möhtəşəm qadınlarla əbədiyyətə qədər mükəmməl şəkildə yaşanır. Eyni şəkildə, ərə getməmiş qadınlar da cənnətdə qılmanlarla evləndiriləcək. Bu da Allah`dan onlara bir bəxşişdir.


    Ancaq cənnətdəki bu qadınları qiymətli edən öz gözəlliklərinin xaricində olan və onların Allah`dan gələn bir nemət olmasının bilinməsidir. Nəticədə, alınan ən böyük zövq lütf edənin sevgi, yaxınlıq və iltifatına qovuşmağın verdiyi zövqdür. Edilən lütf, verilən hədiyyə nə qədər dəyərli olursa-olsun bunlardan daha dəyərli olan aləmlərin Rəbbi olan Allah`ın lütfünə layiq görülməyin, Allah`dan hədiyyə almağın verdiyi zövqdür. Necə ki, əgər Allah`ın lütfü olmazsa, mömin üçün bütün nemətlər öz mənasını itirərlər. Hz. Yusifin göstərdiyi böyük əxlaq mömin əxlaqının bu yönünü ən gözəl şəkildə ortaya qoyur. Qurani-kərimdə Misir vəzirinin zövcəsinin hz. Yusifdən murad almaq istədiyi, hətta hz. Yusifi buna məcbur etdiyi bildirilir. Ayələrdə hz. Yusifin qadını özünə cəlb etdiyi bildirilir. Ancaq hz. Yusif Allah`ın haram buyurduğu bu əlaqədən Allah`ın işarəsi ilə çəkilmişdir. Qadın onu təkrar məcbur edəndə isə zina etməkdənsə, həbsə alınmağı üstün tutaraq demişdir: “Ey Rəbbim, mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur” (“Yusif” surəsi, 33).
    Hz. Yusifin son dərəcə ağır şərtləri olan həbsxananı vəzirin zövcəsinin onu dəvət etdiyi pis əməldən daha xoş sanması Allah rizasının mömin üçün əsas olan dəyərini göstərir. Allah`ın rizasına uyğun hərəkət etmək, onun razılığını qazandığını bilmək möminin qəlbi üçün daha qiymətlidir. Maddi nemətlər möminin qarşısına Allah rizasına uyğun olmayan bir şəkildə çıxarsa, onlar nemət sayılmaz və öz dəyərini itirərlər.


    Cənnətdə isə bütün maddi nemətlər Allah`ın rizasına uyğun bir biçimdə yaradılmışdır. Huriləri Allah xüsusi olaraq yaratmış və bəndələrinə ikram etmişdir. Evlər, yeməklər, təbiət gözəllikləri və qalan bütün şeylər Allah`ın təqdim etdiyi nemətlərdir. Onları qiymətli edən şey də budur.


    Bu səbəblə də insanın qəlbi ancaq cənnətlə rahat olur. İnsan Allah`a qulluq etmək üçün yaradılmışdır və bu səbəbdən də ancaq onun lütfündən zövq alır. İnsan bu dünyada isə yalnız cənnəti xatırladan vəziyyətlərdə, yəni nemətlərdən Onun rizasına uyğun və Ona şükür edilərək istifadə edildiyi hallarda sevinc tapır. İnkarçıların qədimdən bəri xəyalən qurduğu yer üzündə cənnət idealı elə bu səbəblə mümkün deyildir. Cənnətdə mövcud olan maddi gözəlliklərin dünyadakı bənzərlərini yığıb bir yerə toplasanız belə, Allah`ın rizası olmazsa, heç bir məna ifadə etməz. Allah o maddi gözəlliklərdən alınan zövqü də dərhal yox edər.


    Xülasə, cənnət Allah`ın lütfüdür və bu səbəblə qiymətlidir. Cənnət əhli Allah`ın xəlq etdiyi möhtərəm bəndələrdən (“Ənbiya” surəsi, 26) olduğu üçün əbədi səadət və sevincə qovuşur. Orada söyləniləcək ən hikmətli söz isə əzəmət və kəramət sahibi olan Allah`ın tərifləyib ucaltmaqdır (“Rəhman” surəsi, 78).

  • Cənnətdəkilərin öz aralarında söhbətləri

    “Allah mömin kişilərə və qadınlara  altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allah`dan olan bir razılıq isə daha böyükdür. Bu, ən böyük uğur və qurtuluşdur” (“Tövbə” surəsi, 72).


    Əvvəlki səhifələrdə cənnətdə olan nemətlərin gözqamaşdırıcı olduğunu birlikdə incələdik. Ortaya çıxan mənzərə cənnətin insanın beş duyğu üzvünə ən böyük zövq və ləzzəti daddırdığını göstərir. Lakin cənnətin bütün bunlardan daha çox üstün olan neməti Allah`ın rizasıdır. Möminin Allah rizasını qazanmasından dolayı hiss etdiyi sevinc və xoşbəxtlikdir. Sonra Allah`ın verdiyi hər şey üçün ondan razı olmağın, ona daim şükür etməyin verdiyi əsl sevincdir. Qurani-kərimdə cənnət əhlinin vəsfi bu şəkildə diqqəti çəkir:


    “Allah onlardan, onlar da Allah`dan razıdırlar. Bu, möminlər üçün böyük uğur və qurtuluşdur” (“Maidə” surəsi, 119).


    Möminlərin Allah`ın rizasını qazandıqlarını hiss etməsinin ən qabarıq ifadəsi isə Allah`ın onlara görünəcək şəkildə təcəlli etməsidir. Dünyada bu durum qeyri-mümkündür. Çünki gözlər onu görüb dərk etməz... (“Ənam” surəsi, 103). Ancaq Qurani-kərimdə bildirildiyinə görə, Allah axirətdə mömin qullarına aydın bir şəkildə təcəlli edərək görünəcəkdir. Bunun necə olacağı isə Allah dərgahındadır. Ancaq ayələrdə keçən ifadələrə görə, məhşər günü Allah səkkiz mələyin daşıdığı ərşində möminlərin qarşısına gələcəkdir (“Haqqə” surəsi, 17). O an möminlərin üzləri sevinib güləcək, öz Rəbbinə baxacaqlar (“Qiyamət” surəsi, 22-23). Sonra rəhmli Allah`dan onlara “salam” deyiləcəkdir (“Yasin” surəsi, 58). İçində olduqları həqiqət məqamı Allah`ın ali məqamıdır və möminlər burada haqq məclisində qadir hökmdar Allah`ın hüzurunda olacaqlar (“Qəmər” surəsi, 55).


    Bütün bunlar möminlərin Allah`ın rəhmətini və rizasını öz üzərində hiss etməsi mənasına gəlir ki, ən böyük nemət də elə budur. Allah`ın rizasını qazanmaq heç bir maddi gözəlliklə müqayisə edilməyəcək qədər böyük bir sevinc və xoşbəxtlik gətirir. Əslində, cənnətin digər nemətlərini qiymətli edən şey yenə də Allah`ın rizasıdır. Çünki eyni nemətlər dünyada da qismən var və var ola bilər. Amma Allah`ın rizası daxilində olmadıqda onların mömin üçün bir mənası olmaz.


    Bu məqam son dərəcə önəmlidir və iman gətirənlərin bu haqda ciddi düşünməsini tələb edir. Çünki neməti qiymətli edən onun içində daşıdığı ləzzət və zövqün xaricində olan bir şeydir. Əsl dəyər o neməti Allah`ın lütf etməsidir. O nemətdən istifadə edib şükür edən mömin Allah`ın ikramı ilə nemətləndirildiyini, Allah`ın onu sevdiyini, qoruduğunu və ona rəhmətindən daddırdığını hiss edər ki, əsl həzzi də bundan alar. Nemət məqsəd deyil, vasitədir. Nemət insanın Allah`a daha çox şükür etməsini davam etdirmək üçün mövcuddur. Dolayısilə, cənnətin bütün nemətləri yenə də bir vasitədir. Cənnətdəki möminlər əbədi olaraq Allah`a şükür etsinlər deyə yaradılmışdır. Onları qiymətli edən ən önəmli şeylərdən biri də budur. Qısası, cənnətdəki nemətlər insanın Allah`a yaxınlaşması, Onun əbədi dostluğunu, sevgi və razılığını qazanmağın əvəzsiz zövqünə çatması üçün bir vəsilədir. Elə bu səbəblə də Allah`ın rizası cənnətin ən böyük nemətidir. Və bütün maddi zövqlərdən üstündür.


    Cənnətdəki diqqəti cəlb edən nemətlərdən biri olan və Qurani-kərimdə də tez-tez vurğulanan gözəl qadınları (huriləri) nəzərə alaq. Bu qadınlar estetik düşüncənin əslini təmsil edirlər və son dərəcə cəlbedicidirlər. Onlarla birlikdə olmaq öz-özlüyündə böyük bir nemətdir. Necə ki, Qurani-kərimdə bu, təşviq edilir. Onların üzlərinin, dərilərinin və hətta kökslərinin gözəlliyinə diqqət çəkilir. Allah yaratdığı ən böyük maddi nemətlərdən biri olan cinsi münasibət bu möhtəşəm qadınlarla əbədiyyətə qədər mükəmməl şəkildə yaşanır. Eyni şəkildə, ərə getməmiş qadınlar da cənnətdə qılmanlarla evləndiriləcək. Bu da Allah`dan onlara bir bəxşişdir.


    Ancaq cənnətdəki bu qadınları qiymətli edən öz gözəlliklərinin xaricində olan və onların Allah`dan gələn bir nemət olmasının bilinməsidir. Nəticədə, alınan ən böyük zövq lütf edənin sevgi, yaxınlıq və iltifatına qovuşmağın verdiyi zövqdür. Edilən lütf, verilən hədiyyə nə qədər dəyərli olursa-olsun bunlardan daha dəyərli olan aləmlərin Rəbbi olan Allah`ın lütfünə layiq görülməyin, Allah`dan hədiyyə almağın verdiyi zövqdür. Necə ki, əgər Allah`ın lütfü olmazsa, mömin üçün bütün nemətlər öz mənasını itirərlər. Hz. Yusifin göstərdiyi böyük əxlaq mömin əxlaqının bu yönünü ən gözəl şəkildə ortaya qoyur. Qurani-kərimdə Misir vəzirinin zövcəsinin hz. Yusifdən murad almaq istədiyi, hətta hz. Yusifi buna məcbur etdiyi bildirilir. Ayələrdə hz. Yusifin qadını özünə cəlb etdiyi bildirilir. Ancaq hz. Yusif Allah`ın haram buyurduğu bu əlaqədən Allah`ın işarəsi ilə çəkilmişdir. Qadın onu təkrar məcbur edəndə isə zina etməkdənsə, həbsə alınmağı üstün tutaraq demişdir: “Ey Rəbbim, mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur” (“Yusif” surəsi, 33).
    Hz. Yusifin son dərəcə ağır şərtləri olan həbsxananı vəzirin zövcəsinin onu dəvət etdiyi pis əməldən daha xoş sanması Allah rizasının mömin üçün əsas olan dəyərini göstərir. Allah`ın rizasına uyğun hərəkət etmək, onun razılığını qazandığını bilmək möminin qəlbi üçün daha qiymətlidir. Maddi nemətlər möminin qarşısına Allah rizasına uyğun olmayan bir şəkildə çıxarsa, onlar nemət sayılmaz və öz dəyərini itirərlər.


    Cənnətdə isə bütün maddi nemətlər Allah`ın rizasına uyğun bir biçimdə yaradılmışdır. Huriləri Allah xüsusi olaraq yaratmış və bəndələrinə ikram etmişdir. Evlər, yeməklər, təbiət gözəllikləri və qalan bütün şeylər Allah`ın təqdim etdiyi nemətlərdir. Onları qiymətli edən şey də budur.


    Bu səbəblə də insanın qəlbi ancaq cənnətlə rahat olur. İnsan Allah`a qulluq etmək üçün yaradılmışdır və bu səbəbdən də ancaq onun lütfündən zövq alır. İnsan bu dünyada isə yalnız cənnəti xatırladan vəziyyətlərdə, yəni nemətlərdən Onun rizasına uyğun və Ona şükür edilərək istifadə edildiyi hallarda sevinc tapır. İnkarçıların qədimdən bəri xəyalən qurduğu yer üzündə cənnət idealı elə bu səbəblə mümkün deyildir. Cənnətdə mövcud olan maddi gözəlliklərin dünyadakı bənzərlərini yığıb bir yerə toplasanız belə, Allah`ın rizası olmazsa, heç bir məna ifadə etməz. Allah o maddi gözəlliklərdən alınan zövqü də dərhal yox edər.


    Xülasə, cənnət Allah`ın lütfüdür və bu səbəblə qiymətlidir. Cənnət əhli Allah`ın xəlq etdiyi möhtərəm bəndələrdən (“Ənbiya” surəsi, 26) olduğu üçün əbədi səadət və sevincə qovuşur. Orada söyləniləcək ən hikmətli söz isə əzəmət və kəramət sahibi olan Allah`ın tərifləyib ucaltmaqdır (“Rəhman” surəsi, 78).

  • Cənnət haqqında bəzi batil düşüncələr

    Cənnəti tərif və təsvir edən ayələrin hamısı 14 əsr öncə olduğu kimi, bu gün də Qurani-kərimi oxuyan insanda eyni gözəllik, zənginlik, bolluq, sevinc və xoşbəxtlik hissləri oyandırır. Cənnət haqqında bəhs edilən dəyərli məlumatların hamısı hər dövrdə və hər təbəqədən olan insan tərəfindən qəbul edilən və əldə edilməsi istənilən dəyərlərdir. Məsələn, Qurani-kərimdə cənnətdə olduğu bildirilən qızıl, gümüş və digər növ cavahiratlar təkcə Qurani-kərim nazil olunduğu dövrdə deyil, eyni zamanda, bu gün də o dərəcədə, hətta daha çox qiymətdə olan maddələrdir.


    Qurani-kərimdə haqqında bəhs edilən digər cənnət əşyası da ipəkdir. Bu gün istər geyimdə, istərsə də digər dekorativ istehlak sahələrində ipək son dərəcə keyfiyyətli və dəyərli bir qumaş olaraq üstün tutulur. İpək, eyni zamanda, zənginlik və dəbdəbə simvoludur. Qurani-kərimdəki cənnət təsvirlərində adı çəkilən bu cür qiymətli əşyaların hamısı dövrümüzdə 1400 il əvvəlkindən bəlkə daha çox dəyərli bir vəziyyətə gəlmişdir.


    Yenə Qurani-kərimdə bəhs edilən cənnətdəki gözəl məskənlər, gözəl saraylar və köşklər hər dövrdə hər kəsin malik olmaq istədiyi cəlbedici və rahat məkanlardır. Dövrümüzdəki villaların, malikanələrin hamısı məhz bu kateqoriyaya daxil olurlar və bir seçkinlik, sərvət və zənginlik əlamətləridir. Buna bənzər şəkildə cənnət əşyası olduğu bildirilən taxtlar, döşəklər də ən rahat və ən cəlbedici dekorativ əşyalardır. Bütün bunlar cəlbedici məkanların içində bir estetik gözəllik ünsürü olaraq istifadə olunur. Bütün mülklərin sahibi olan Allah`ın sevdiyi qullarına həm dünyada, həm də axirətdə bu cür gözəllikləri layiq görməsi və bağışlaması yalnız Onun şəninə uyğun məsələdir.

     

    Cənnətdə yalnız Quranda bildirilən şeylər var?
    Cənnət Qurani-kərimdə təsvir edilərkən yaşadığımız dünyadan nümunə və bənzətmələr verilmişdir. Çünki insan bilmədiyi bir şeyi zehnində ancaq bildiyi şeylərdən istifadə edərək canlandırır. Bu isə nə qədər orijinal olmasa da, insanda müəyyən bir təsəvvür yaradır. Cənnət nemətləri haqqında Qurani-kərimdə verilən incə və müfəssəl təriflər oradakı nemət və gözəlliklərin dünyadakıların ən gözəli, ən üstünü olanlarından daha çox üstün olacağını bizə göstərir.


    Cənnət Qurani-kərimdə tərif edilərkən Allah`ın dünyada yaratmış olduğu ən məqbul, ən gözəl, ən çox rəğbət bəslənən, ən nadir rast gəlinən şeylərdən misallar çəkilir. Məsələn, iri və qara göz nadir rastlanan və xüsusilə qadınlara son dərəcə estetik və cəlbedici bir görünüş verən bir əzadır. Elə isə bu xüsusiyyət səbəbi ilə cənnətdə olan iri ahu gözlü və siyah (qara) gözlü qadınlardan bəhs edilir. Bu, o demək deyildir ki, yaşıl, mavi ya da qonur gözlü qadınlar olmasın. Allah cənnətin üstünlüyünü və gözəlliyini bu cür nümunələrlə xəbər verir, dünya ölçülərində ən çox qəbul olunan şeylərin cənnətdə daha çox üstünləri ilə rast gəldiyini bildirir. Başqa bir misal göstərək. Cənnətdə hər cür meyvənin olması Qurani-kərimdə xəbər verilir. Fəqət, müxtəlif ayələrdə banan və əncir kimi daha çox istifadə edilən meyvələr misal gətirilir. Əlbəttə ki, bu meyvələr cənnətdəki hüdudsuz meyvə bolluğu arasından seçilmiş iki nemətdir.


    Hər kəsin zövqünə görə olan, nəfsinin arzu etdiyi, istək duyduğu hər şeyin cənnətdə olmasının xəbər verilməsi cənnət nemətlərinin hədsiz və insanın təxəyyül imkanlarından daha yüksəkdə olduğunu ifadə etmək üçün yetərlidir. Hər kəs Qurani-kərimi öz imanı, ağlı, səmimiyyəti səviyyəsində anlayır. Qurani-kərim ayələrini yad bir niyyətlə oxuyan inkarçı da cənnət ayələrini öz dar düşüncəsi dairəsində anlayacaq. Halbuki, ayələrdə tərif edilən cənnətin üstünlüyü və gözəlliyi düşünə bilən, ağlı və şüuru açıq olan bir insan üçün göz önündədir. Cənnətdə bunlardan daha üstününü yaratmaq fani dünyadakı ən kiçik təfərrüatlarda da mükəmməl nizam və qüsursuzluq nümayiş etdirən Allah`dan ötrü, şübhəsiz ki, asandır.

     

    Cənnətə layiq olmaq üçün çalışmaq
    Bir qisim insanlarda cənnət haqqında “olsa da olar, olmasa da olar” şəklində bir etinasızlıq, bir əlaqəsizlik var. Əslində isə, axirətdə insan üçün iki ehtimal vardır: ya cənnət, ya da cəhənnəm. İkisinin arasında olan bir yerə getmək kimi bir fikir yoxdur.


    Cənnəti lazımi şəkildə təqdir edə bilməyən, onun həsrətini çəkməyən, ona qovuşmaq istəməyən bir insanın cənnətə layiq olmaması da bəlli məsələdir. Cənnətə layiq olmayan bir insanın ora daxil ola bilməsindən isə hətta söz belə gedə bilməz və bu, mümkün deyil.

    Cənnətə qəbul edilməyən bir insanın gedəcəyi tək bir yer var ki, bu da cəhənnəmdir. Elə bu səbəbdən, Allah`ın möminlərə çox böyük bir lütfü və ərməğanı olan cənnəti istəməmək, ora düşməyi arzulamamaq, ora getmək üçün səy göstərməmək və bu düşüncələrdən əl çəkməmək insanın cəhənnəm əhlindən olmasının aşkar əlamətləridir.
  • Müəllif haqqında

    1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq, həyatının hər dövründə, bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və dayanıqlılıq göstərərək, materialist, Darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirməkdədir.

    Hörmətli Adnan Oktarın babası Ömər Bəyin babası Bəslən Aslan Kasayevin mənşəyi Noqay Xanlığına söykənməkdədir. Bəslən Aslan Kasayevin ailəsi Arslanoğulları olaraq da tanınmaqdadır. Arslanoğulları, 1827-ci ildə Qafqaz Qubernatorluğu üçün hazırlanan bir sənəddə adı çəkilən 21 seyid ailəsindən biridir.

    Davamı